• $ 1.7
  • € 1.7768
  • ₽ 1.8579
  • ₺ 0.0468
  • £ 2.1448

Rəşid Behbudovun qızı ittiham edir

Rəşid Behbudovun qızı ittiham edir
29.05.2020 02:21

Rəşid Behbudovun qızı Rəşidə xanım səssizlikdən artıq bezdiyini dilə gətirib. 

O, bildirib ki, Behbudovlar ailəsinə kimsə nəsə etmək istəsəydi, bu günə qədər edərdi.

"Sözün düzünü desəm, bütün bunlardan bezmişəm. Artıq 25 ildir ki, Azərbaycan mədəniyyətinin səviyyəsi, karifeyi həyatda yoxdur. Dünyaya ikinci dəfə Rəşid Behbudov gəlməyəcək. Heç kim zəng vurub maraqlanmır, Rəşid Behbudovun adını daşıyan teatrdan belə bir hərəkət yoxdur. 25 ildir ki, səsimi çıxartmıram, bundan sonra susmayacam!”, - deyə Rəşidə xanım etirazını bildirdi.

Rəşidə xanım atasının anım gününü ailə olaraq bir araya toplanıb qeyd edəcəklərini dedi: “Mədəniyyət Nazirliyi tərəfindən hər hansı bir tədbir olacaq, ya yox, bu barədə mənə heç kim heç nə deməyib. Əgər siz özünüz teatr və nazirliklə maraqlansaydınız ki, nəyə görə, Rəşid bəyin ailəsi yada salınmır, çox gözəl olardı. Mən ancaq sizə güvənirəm, ümüd edirəm ki, siz səs salsanız, tədbir görən olacaq”.

Söhbətimizdən belə məlum oldu ki, karifeyin layiq olduqu diqqət nə onun əziz xatirəsinə, nə də ki, qızına göstərilir. 

Qeyd edək ki, sənəti ilə özünü və Azərbaycanı dünyaya tanıdan dəyərli karifey sənətkar Rəşid Behbudov artıq 25 ildir ki, bizimlə deyil. O, 9 iyun 1989-cu ildə 73 yaşında bizi tərk etsə də, əvəzedilməz ifalarını miras qoyub getdi.

Xatırladaq ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi kimi yüksək dərəcəli fəxri adlara layiq görülüb. 

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov tələbəlik dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R. Behbudov, əsgəri xidmətdən sonra Tiflisin estrada qruplarından birində solistlik edir. 

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R. Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. R. Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.

1959-cu ildə ona SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. SSRİ-nin Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq qörülüb.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

ANS PRESS

Oxşar xəbərlər
Oxşar xəbərlər
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol