• $
  • £

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada konsert keçirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada konsert keçirilib
29.05.2020 05:54
Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya tanıdılmasında Heydər Əliyev Fondu misilsiz xidmətlər göstərir. Beynəlxalq aləmdə geniş nüfuza malik Fond mütəmadi olaraq fəaliyyət dairəsini genişləndirir və dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətini təbliğ edərək tədbirlər keçirir.

AzərTAc xəbər verir ki, bu qəbildən növbəti layihə Avropa mədəniyyətinin və ümumiyyətlə Qərb sivilizasiyasının beşiyi hesab olunan Yunanıstanda reallaşdırılıb.Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə iyunun 6-da Avropanın ən qədim paytaxt şəhəri sayılan Afinanın “Meqaro Muzikis” Mədəniyyət Kompleksində Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri geniş konsert proqramı ilə çıxış edib.Konsertdən öncə afinalıların haqlı olaraq “mədəniyyət məbədi” adlandırdıqları və şəhərin ən böyük musiqi kompleksi olan “Meqaro Muzikis”də əsl bayram ab-havası hökm sürürdü.Konsertdə Yunanıstanın dövlət və hökumət nümayəndələri, Afinada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və musiqisevərlər iştirak ediblər.Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev konsertdən əvvəl çıxış edərək, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə getdikcə gücləndiyini qeyd edib.Diplomat vurğulamışdır ki, tarix, mədəniyyət və adət-ənənələrə olan qarşılıqlı hörmət və marağı nəzərə alaraq, Yunanıstanda Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərə geniş yer verilir.Qeyd edilmişdir ki, bu konsert son dörd ildə sayca doqquzuncu mədəniyyət tədbiridir və yunanların Azərbaycan incəsənətinə getdikcə artan marağını nəzərə alaraq, bu silsilədən olan layihələr gələcəkdə də daha geniş formatda davam etdiriləcəkdir.Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən söz açan səfir qurumun Afinadakı tədbirin reallaşdırılması üçün göstərdiyi dəstəyi məmnunluqla qeyd etmişdir.“Azərbaycan musiqisi mövsümü”nün ilk tədbirinin geniş informasiya dəstəyi ilə gerçəkləşdiyini diqqətə çatdıran diplomat bildirmişdir ki, xüsusi informasiya bazasında yaradılmış www.azerbaijani-culture.gr saytı Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini, eləcə də Yunanıstanda nəzərdə tutulan silsilə tədbirləri geniş işıqlandırmaq məqsədi daşıyır.Sonra xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış etmişlər.Klassik musiqi axşamında Azərbaycanın böyük bəstəkarları - Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Niyazi və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piatsolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri də səsləndirilmişdir. Tarzən Şəhriyar İmanovun Azərbaycan muğamları və yunan xalqının ən sevimli “Sertaki” rəqsinin sintezindən ibarət kompozisiyası tamaşaçılar tərəfindən xüsusi rəğbət və gurultulu alqışlarla qarşılanmışdır.Konsertdə xanəndələr Arzu Əliyeva, Məftun Səfərli muğamlarımızı, Aygün Zeynalova (soprano) və Azər Rzayev (tenor) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa etmişlər. Orkestrin müşayiəti ilə Murad Adıgözəlzadə (fortepiano), Elvin Qəniyev (skripka), Nicat Məsimov (balaban), Elçin Şirinov (fortepiano) və Şəhriyar İmanov (tar) tərəfindən həm milli, həm də xarici musiqi əsərləri yüksək texnika və məharətlə səsləndirilmişdir.Konsertdən sonra qonaqlara Heydər Əliyev Fondu tərəfindən son illərdə çap olunmuş müxtəlif nəşrlər nümayiş olunmuşdur. Qədim və zəngin Azərbaycan mədəniyyətindən bəhs edən nəşrlər sırasında Azərbaycan Milli İncəsənət Muzeyinə, musiqi alətlərinə, əlyazmalara, xalq tətbiqi sənətinin müxtəlif növlərinə həsr olunmuş kitablar, pop, caz, muğam və klassik musiqiyə həsr olunmuş disklər, eləcə də böyük mütəfəkkirlərimiz Nizami Gəncəvi və Məhsəti Gəncəvinin əsərləri yer almış və onlar tədbir iştirakçılarına təqdim olunmuşdur.Sonda qonaqlara ziyafət verilib.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Mədəniyyət 12:49
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Mədəniyyət 12:47
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Siyasət 13:51
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub
Mədəniyyət 20:00
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol