• $ 1.7
  • € 1.9324
  • ₽ 0.021932
  • ₺ 0.0433
  • £ 2.2936

Randevu.its.gov.az saytında qeydiyyatdan keçə bilməyənlərin DİQQƏTİNƏ

Randevu.its.gov.az saytında qeydiyyatdan keçə bilməyənlərin DİQQƏTİNƏ
04.02.2021 09:53
"Bildiyiniz kimi ilk mərhələ də tibb işçilərinin vaksinasiya prosesi baş tutdu. Tibb işçilərinin 70% peyvənd olunub".

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki,  8 fevral tarixindən etibarən artıq strategiyada qeyd olunduğu kimi ikinci mərhələ başlayır: "İkinci mərhələdə yaşı 65-dən yuxarı olan əhali qrupunun peyvəndlənməsi nəzərdə tutulur. Poliklinikalarda yaradılan məntəqələrdə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi onlayn keçiriləcək. Peyvənd olmaq üçün qeydiyyata alınmaq üçün yaşı 65-dən yuxarı olanlar randevu.its.gov.az linkinə daxil olacaq. Linkə daxil olanların qarşılarına hazır qeydiyyat forması çıxır. Həmin formanı doldurmaqda çətinlik çəkənlər üçün yazılı və videoçarx şəkilində təlimat var.

Bu zaman belə bir sual yaranır. Yaşı 65-dən yuxarı insanların bəziləri internet istifadəçisi deyil. Bu halda həmin adamlar qeydiyyatdan necə keçə biləcək?
Belə olan halda yaşı 65-dən yuxarı olan vətəndaş ailə üzvlərindən və yaxud yaxınlarından bu işdə ona yardım etmələrinin xahiş edə bilər. Yardım edə biləcək adamı yoxdursa, ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verə biləcək".

P. Abubəkirov qeyd edib ki, qeydiyyatda olan tibb işçiləri bu prosesdə vətəndaşa yardımçı olacaqlar: "Onu qeydiyyatdan keçirib məntəqəyə gəlməli olduğu günü və dəqiq vaxtı bildirəcəklər. Vaksinasiya bildiyimiz kimi 2 dozadan ibarətdir.

Vətəndaş qeydiyyatdan keçdiyi zaman ilk dozanın vurulduğu tarixə əsasən sistem dərhal 2-ci doza üçün tarixi avtomatlaşdırılmış şəkildə göstərəcək. Mobil nömrələrə də bununla bağlı mesaj göndəriləcək. Bu işin gedişatını bir qədər də asanlaşdıracaq".

Mətbuat xidmətinin rəhbəri bildirib ki, qeydiyyat zamanı vətəndaş səhvə yol verərsə, bu zaman hər hansı düzəliş etmə şansı var: "Vətəndaşlar qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda külək tikilinin damını avtomobilin üstünə aşırıb
Cəmiyyət 22:30
Sabirabadda külək tikilinin damını avtomobilin üstünə aşırıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:00
Sabah bu ərazilərdə qaz olmayacaq
Sumqayıtda istifadədə olmayan zavod ərazisində yanğın baş verib
Cəmiyyət 20:37
Sumqayıtda istifadədə olmayan zavod ərazisində yanğın baş verib
İstanbuldan Gəncə və Naxçıvana yeni reys açılıb
Cəmiyyət 18:57
İstanbuldan Gəncə və Naxçıvana yeni reys açılıb
Qripə yoluxma halları artıb -Vətəndaşlara çağırış
Cəmiyyət 17:40
Qripə yoluxma halları artıb -Vətəndaşlara çağırış
İki rayonda qaz olmayacaq
Cəmiyyət 17:19
İki rayonda qaz olmayacaq
Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq
Cəmiyyət 16:54
Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq
“WhatsApp”da yeni funksiya işə düşüb
Cəmiyyət 16:15
“WhatsApp”da yeni funksiya işə düşüb
Bakı-Sumqayıt qatarlarının Qurban bayramı günlərindəki qrafiki açıqlanıb
Cəmiyyət 15:41
Bakı-Sumqayıt qatarlarının Qurban bayramı günlərindəki qrafiki açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol