• $
  • £

Peyvənd olunan Hande Harmancıdan vətəndaşlara çağırış

Peyvənd olunan Hande Harmancıdan vətəndaşlara çağırış
15.02.2021 13:15
"Bu gün yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinin birinci dozasını vurdurdum. Dörd həftə sonra ikinci dozanı da vurduracam və nəticədə "COVID-19”a qarşı qorunmuş olacağam. Azərbaycan hökumətinə bizə bu imkanı yaratdığı üçün minnətdaram. Vaksinasiya pandemiya ilə mübarizə üçün çox önəmlidir. Buna görə hər kəsin peyvənd olunmasını tövsiyə edirəm”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, iki vaksinin eyni anda tətbiqinə dair tədqiqatlar davam edir: "İki fərqli vaksinin istifadə oluna bilməsi, səmərəsi, təsirli olması, təhlükəsizliyi araşdırılır. Hələ ki, əlimizdə bununla bağlı nəticə yoxdur. Bununla yanaşı, koronavirus əleyhinə xeyli vaksin hazırlanmağa başlanılıb. Ümid edirəm ki, yaxın zamanlarda yaxşı nəticələr əldə olunacaq.

Vaksinlərin hamısı bir-birindən üstündür. Lakin həmin üstünlüklər tam olaraq bilinmir. Bəzi peyvəndlərin bir sıra yaş qruplarında - bir qisminin gənclərdə, bir hissəsinin uşaqlarda effektiv ola biləcəyi ehtimal olunur. Hələ ki, bunlar yavaş-yavaş öyrənilir. Ümid edirəm ki, daha yaxşı nəticələr əldə edə biləcəyik.
 
Hansı vaksin olmasından asılı olmayaraq, təhlükəsiz və təsirli olan peyvəndləri nə qədər sürətlə dünyaya yaya bilsək, hər kəs üçün bir o qədər yaxşı olacaq.

Dünyanın bir çox ölkəsində vaksinasiya prosesinə başlanılsa da, daha çox ölkə hələ ki, prosesdən kənarda qalıb. Qısa müddət ərzində Azərbaycanın koronavirus əleyhinə vaksini ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur. Ümid edirəm ki, vətəndaşlar vaksinin yeganə çıxış yolu olduğunu dərk edər və prosesə sürətli şəkildə qoşularlar. Əvvəlcə səhiyyə işçilərinin peyvənd olunması vacibdir. Bildiyimiz qədəri ilə Azərbaycanda xeyli səhiyyə işçisi vaksinasiyadan keçib. Bu da həm özlərinin, həm də pasiyentlərin təhlükəsizliyi üçün vacibdir".

H.Harmancı bildirib ki, vaksinlər əvvəlcə laboratoriyada sınaqdan keçirilir. Sonra kiçik, daha sonra böyük qruplar üzərində sınaq aparılır: "Hazırda vaksinasiyanın tətbiqi dördüncü fazadadır. Çünki böyük əhali qrupuna vurulur. "Sinovac” şirkətinin son açıqladığı təsirlilik dərəcəsi 50 faizdən çoxdur.
 
Ümumdünya Səhiyyə Təşkilatı da təsirlilik dərəcəsi 50 faizdən yuxarı olan vaksinləri qənaətbəxş kimi qiymətləndirir. Əsl önəmli olan vaksinasiyanın yoluxmaya nə dərəcədə təsir etməsidir. Azərbaycanda da bu təsiri qısa müddətdə görəcəyik”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Daha bir tiktokerhəbs edilib
Cəmiyyət 15:54
Daha bir tiktokerhəbs edilib


Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Cəmiyyət 14:43
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Cəmiyyət 14:29
Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Aqşin Bəbirova cinayət işi açılıb
Cəmiyyət 14:21
Aqşin Bəbirova cinayət işi açılıb
Şarl Mişel:Multilateralizmin gələcəyi regional təşkilatlar arasında əməkdaşlıqdan asılı olacaq
Cəmiyyət 14:02
Şarl Mişel:Multilateralizmin gələcəyi regional təşkilatlar arasında əməkdaşlıqdan asılı olacaq

Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq
Cəmiyyət 13:57
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
Cəmiyyət 13:14
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
Şarl Mişel: Aİ ciddi təhdidlərlə üz-üzədir
Cəmiyyət 13:11
Şarl Mişel: Aİ ciddi təhdidlərlə üz-üzədir
Şərqi Timorun iqtisadiyyatı inkişaf edir, Yaponiya əsas investor olaraq qalır —Prezident
Cəmiyyət 12:58
Şərqi Timorun iqtisadiyyatı inkişaf edir, Yaponiya əsas investor olaraq qalır —Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol