• $
  • £

Ərdoğan koronavirusla bağlı qadağaların ləğvindən DANIŞDI

Ərdoğan koronavirusla bağlı qadağaların ləğvindən DANIŞDI
01.03.2021 23:04
Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”.

Anews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.
Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq.

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək.
 
Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq.

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq.

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir (apa)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Qırğızıstana səfər edəcək
Siyasət 14:44
İlham Əliyev Qırğızıstana səfər edəcək
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Siyasət 13:52
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Siyasət 12:05
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Siyasət 11:58
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Siyasət 11:38
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Siyasət 18:35
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 18:28
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:04
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol