• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Prezident: “TANAP Cənub Qaz Dəhlizinin reallaşmasına böyük təsir göstərəcək”

Prezident: “TANAP Cənub Qaz Dəhlizinin reallaşmasına böyük təsir göstərəcək”
03.06.2014 10:15
“Bu gün bizim imkanlarımız bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır”. APA-nın məlumatına görə, bunu bu gün Bakı Ekspo Mərkəzində keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransının açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan hər zaman istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını uzlaşdırmağa çalışır: “Biz buna nail ola bilmişik. Digər tərəfdən neft-qaz resurslarından başqa məqsədlə istifadə etməmişik, əməkdaşlığı dərinləşdirmişik. Bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Yaxın müddətdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq”. Azərbaycanın dünya neft ölkəsi kimi tanındığını söyləyən prezident bu gün Azərbaycanın Avropa və dünyada daha çox qaz istehsalçısı kimi tanındığını da vurğulayıb: “Milli təhlükəsizlik enerji təhlükəsizliyi ilə bağlıdır, bu iki amili ayırmaq mümkün deyil. Əsrin Müqaviləsindən 2 il sonra “Şahdəniz” qaz yatağının işlənməsinə dair bağlanan müqavilə böyük əhəmiyyət kəs edir. Bu yataq dünyanın ən böyük qaz yataqlarından biridir və bizim qaz potensialımızın 50 faizini təşkil edir. Bizim digər böyük qaz yataqlarımız Ümid, Abşeron və digərləri də var. Bu yataqlarda qaz ehtiyatı ən azı 2,5 trilyon kubmetrə bərabərdir. Bu isə Azərbaycan və Avropanın uzun müddətli enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq”. Azərbaycanın 7 ildir ki, qaz resurslarını dünya bazarına çıxardığını xatırladan prezident İ. Əliyev neft və qazın 7 kəmərlə nəql edildiyini nəzərə çatdırıb: “Bizim ehtiyatlarımız üçün regional bazarlar kifayət etmir, daha böyük bazarlara çıxmalıyıq. Cənub Qaz Dəhlizinin reallaşması bu gün böyük dərəcədə “Şahdəniz” qaz yatağından asılıdır. Bu yatağın işlənilməsi ilə bağlı bütün məsələlər həllini tapıb”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz qazının Avropaya nəqli ilə bağlı layihələrin həyata keçməsində maraqlıdır: “Yol verə bilməzdik ki, Cənub Qaz Dəhlizi bir ideya kimi qalsın. Trans Anadolu Qaz Kəməri -  TANAP layihəsinin reallaşması üçün böyük səy göstərmişik. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə imzalanıb, artıq praktiki işlərə başlanıb. Çox şadam ki, BP də TANAP-ın səhmlərinə sahib olub. TANAP Cənub Qaz Dəhlizinin reallaşmasına böyük təsir göstərəcək”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol