• $ 1.7
  • € 1.9828
  • ₽ 0.021134
  • ₺ 0.0416
  • £ 2.2963

Anar Nəcəfli: "Belə qorxursunuzsa ki, övladınız yoluxar, ailəlikcə evdən-çölə çıxmayın"

Anar Nəcəfli:
31.03.2021 17:09
"Deməli, Azərbaycan Respublikası Təhsil Nazirliyi sorğu keçirir ki, bundan sonra dərslər necə davam etdirilsin. Bəziləri sorğu ilə bağlı paylaşılan məlumatın altında şərh yazaraq məktəblərin bağlanmasını istəyirlər. Mən başa düşə bilmirəm ki, məktəblərin bağlanmasını istəyənlər evdən bayıra çıxmır? Marketə getmir? Qohum-əqrəbasını ziyarət etmir? Kafeyə getmir? Avtobusdan istifadə etmir?"

Anews.az xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli özünün "instagram” səhifəsində yazıb. O təklif edib ki, distant təhsilin tərəfdarı olan valideynlər ümumiyyətlə "gün işığı”na çıxmasınlar:

"Belə qorxursunuzsa ki, övladınız yoluxar, o zaman ailəlikcə evdən-çölə çıxmayın. Oturun evdə və pandemiya bitəndə çıxarsınız gün işığına! Sizə görə digərlərinin övladları niyə şikəst olmalıdır? Siz bilirsinizmi ki, 1 ay uşağınızın məktəbə getməməsi onu həm kütləşdirir, həm də hərtərəfli inkişafdan geri salır?!

Uşağınız yoluxsa, elə birinci sizin viruslu düşüncənizdən yoluxacaq! Bütün ölkələr artıq çoxdan ənənəvi təhsilə keçib. Bilirlər ki, indi uşaqlar oxumasa, sabah onların özləri üçün pis olacaq! Uşaqları məktəbə buraxmayıb müəllim, repetitor yanına göndərirsiniz.

O zaman göndərməyin ora da, çöldə, həyətdə, küçədə oynamağa da buraxmayın. Qapadın uşaqlarınızı evə, qoyun asosial böyüsün. Belə xoşunuza gəlir, ərizə yazın, məktəbə qoymayın! Bunları etməyib hansı haqla digərlərinin haqqına girib məktəblərin bağlanmasını istəyirsiniz?

Sizə görə digərlərinin övladları niyə əziyyət çəkməlidir ki? Qurtarın da bu sirki! Mütləq əvvəlki kimi ənənəvi təhsilə qayıtmalıyıq! Başqa cür ola bilməz! Nə hibrid, nə onlayn, nə distant!! Ənənəvi təhsil! Övladlarımız hərtərəfli şikəst olur! Kim istəmir, göndərməsin uşaqlarını məktəbə, Vəssalam!".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb
Cəmiyyət 16:05
Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb
Ağdərədə yanğın olub
Cəmiyyət 15:52
Ağdərədə yanğın olub
Prezident və birinci xanım “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar
Cəmiyyət 15:34
Prezident və birinci xanım “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
Cəmiyyət 15:10
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
Cəmiyyət 14:55
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq edilib
Cəmiyyət 14:34
Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq edilib
Prezident İlham Əliyev və birinci xanım Gəncəyə gedib
Cəmiyyət 14:14
Prezident İlham Əliyev və birinci xanım Gəncəyə gedib
Birbank Biznes-də dostluq qazandırır
Cəmiyyət 12:55
Birbank Biznes-də dostluq qazandırır
Ötən il pnevmoniyadan ölən şəxslərin sayı açıqlanıb
Cəmiyyət 12:39
Ötən il pnevmoniyadan ölən şəxslərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol