• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycan Beynəlxalq Bankının layihələri "Baku Transit Forum 2021: Smart City" forumunda təqdim ediləcək

Azərbaycan Beynəlxalq Bankının layihələri
06.04.2021 09:36
Aprelin 6-da "Baku Transit Forum 2021: Smart City” beynəlxalq onlayn forumu başlanır. Forum İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az internet portalının təşkilatçılığı və Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə keçirilir. 

Forumda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələri təmsil edən dövlət qurumlarının nümayəndələri və qabaqcıl şirkətlərin rəhbərləri nəqliyyat infrastrukturunda tətbiq olunan yeni nəsil nağdsız ödəniş texnologiyaları, innovativ layihələr, "Ağıllı şəhər” modelinin qabaqcıl nümunələri, iqtisadi və sosial faydaları, nəqliyyat infrastrukturunda əldə olunan nailiyyətlər və perspektivlər barədə təqdimatlarla çıxış edəcəklər.

Tədbirin çıxışçıları sırasında Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev və Bankın Pərakəndə bankçılıq departamentinin direktor müavini Əfqan Abbasov da var. Forumda Bankın son illərdə ölkəmizə gətirdiyi və "Ağıllı şəhər” konseptinin inkişafına xidmət edən innovativ bankçılıq həlləri, o cümlədən NFC texnologiyası ilə bağlı təqdimatlar, müzakirələr olacaq. Xüsusilə dəmiryolu nəqliyyatında gediş haqlarının Azərbaycan Beynəlxalq Bankının kartları ilə təmassız ödənişi haqqında ətraflı məlumat veriləcək. 
  
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol