“AccessBank” müştərilərinin nəzərinə
"AccessBank” 2020-2021-ci illərdə xarici əməliyyatlar həyata keçirmiş müştərilərinin hesablarından ƏDV tutur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, 20.01.2020-19.02.2021 tarixləri arasında aparılmış elektron ticarət və ya onlayn xidmətlərə görə fiziki şəxslər 18% dəyərində ƏDV ödəməlidir.
Bundan başqa, vergi orqanlarında qeydiyyatdan keçməmiş və onlayn xidmətlər alan fiziki şəxslər, həmçinin xarici ölkələrdə təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin iştirakçıları olan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan dövr üçün ƏDV ödəməlidirlər.
Cari vergi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 173.1 bəndinə əsasən, 2017-ci ildən tutulur. Vergi, əməliyyatı icra edən yerli bank və ya xarici bankın ölkədəki filialları tərəfindən vətəndaşın hesabından silinərək dövlət büdcəsinə ödənilir. Texniki səbəblərdən Bank cari vergini 20.01.2020-19.02.2021 tarixləri ərzində tutmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
13:05
Azərbaycanda məşğul əhalinin 35%-i kənd təsərrüfatında çalışsa da, sektorun ÜDM-də payı 5,9%-dir
İqtisadiyyat
08:09
BEA Yaxın Şərqdə gərginlik fonunda rekord həcmdə neftin bazara çıxarılmasını müzakirə edir – WSJ