• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı

VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
15.04.2021 16:17
VISA Beynəlxalq Ödəniş Sisteminin regiondakı əsas tərəfdaşlarından olan Azərbaycan Beynəlxalq Bankı təşkilatın iki mükafatına layiq görülüb. Mükafatlardan biri Bankın VISA ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə ilk dəfə olaraq dəmiryolu nəqliyyatında Bank kartları ilə təmassız ödəniş imkanı yaratması ilə bağlıdır. Bu layihə ötən ilin sentyabrında təqdim edilib. Yaxın zamanda Bakı–Sumqayıt istiqamətində bütün dəmiryolu stansiyalarında təmassız keçidin tətbiqi planlaşdırılıb. 

VISA-nın Azərbaycan Beynəlxalq Bankına təqdim etdiyi daha bir mükafat isə NFC texnologiyası əsasında ödəniş üzüklərinin tətbiqi üzrə əməkdaşlığa aiddir. Xatırladaq ki, Bankın ölkəmizə gətirdiyi ilklərdən olan ödəniş üzüklərinin tətbiqinə ötən ilin əvvəlindən başlanıb. Bu üzüklər adi bank kartının bir çox funksiyalarını yerinə yetirir.
 
VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar.  Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Banklar kibercinayət riskləri barədə vətəndaşları əvvəlcədən məlumatlandırmır - Deputat
Cəmiyyət 15:38
Banklar kibercinayət riskləri barədə vətəndaşları əvvəlcədən məlumatlandırmır - Deputat
Azərbaycanda minimum əmək haqqına hər il yenidən baxıla bilər
İqtisadiyyat 15:30
Azərbaycanda minimum əmək haqqına hər il yenidən baxıla bilər
Unibankdan yeni qərar: nağd kreditlər 9%-dən, maksimal məbləğ 70 000 manat
İqtisadiyyat 15:06
Unibankdan yeni qərar: nağd kreditlər 9%-dən, maksimal məbləğ 70 000 manat
Kredit kartları ilə aparılan əməliyyatların həcmi artıb
İqtisadiyyat 13:48
Kredit kartları ilə aparılan əməliyyatların həcmi artıb
Qadın sahibkarlar üçün “Yelo Bank”dan parlaq imkan
İqtisadiyyat 12:16
Qadın sahibkarlar üçün “Yelo Bank”dan parlaq imkan
Qızıl bahalaşıb
İqtisadiyyat 10:36
Qızıl bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola düşdü
İqtisadiyyat 15:50
Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola düşdü
Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb
İqtisadiyyat 16:05
Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol