• $
  • £

UEFA prezidenti: "55 üzv ölkənin hamısı Superliqaya qarşı çıxdı"

UEFA prezidenti:
20.04.2021 20:00
UEFA-ya üzv olan bütün 55 milli assosiasiya Avropa Super Liqasının yaradılmasına qarşı çıxıb.

Bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, təkcə futbol dünyası yox, ictimaiyyət və hökumətlər də vahid mövqedən çıxış edirlər: "Hamımız belə mənasız layihə ideyasına qarşıyıq. İngiltərə Futbol Assosiasiyası və Premyer Liqası, İspaniya Kral Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və A Seriyası, FIFA, bütün 55 milli üzv assosiasiya futbolun tam əleyhinə olan abırsız planlar əleyhinə yekdilliklə çıxış edirlər. Mən Böyük Britaniyanın baş naziri Boris Consona, Fransa prezidenti Emmanuel Makrona, Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinasa, Avropa Parlamentinin prezidenti David Sassoliyə və bütün Avropa liderlərinə xüsusi minnətdarlığımı bildirirəm. Çünki onlar nəinki futbol, həm də Avropa dəyərlərinə, azarkeşlərə və mədəniyyətimizə hörmətlə yanaşırlar. Bu ideya bütün futbol həvəskarları və ictimaiyyətin üzünə tüpürmək deməkdir. Biz onların bunu etmələrinə imkan verməyəcəyik".

Çeferinin sözlərinə görə FIFA və 6 futbol konfederasiya bəyan edib ki, Superliqa komandalarında oynayan futbolçuların dünya və Avropa çempionatlarında iştirakları qadağan ediləcək. Onlar öz ölkələrini heç bir oyunda təmsil edə bilməyəcəklər".

UEFA prezidenti deyib ki, bəzi insanlar üçün həmrəylik və vəhdət yox yalnız onların cibləri mövcuddur: "12 klubun etdiyi hərəkət dəhşətli hərəkət dəhşətli dərəcədə yalnışdır. Biz bunların hamısını bilirik. Hamı bilirdi ki, 2024-cü ildəki klub yarışlarının formatı buna oxşardır. Biz 247 klubla, liqalarla, milli assosiasiyalarla danışıqlar aparmışdıq. Lakin sonradan qərar qəbuluna yetişdikdə kimsə tamamilə "şəffaf" nə iləsə gəlir. B,u danışıqlar aparmağın qəribə üsuludur".

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko” (Madrid), "Real Madrid”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb. (report)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol