• $
  • £

KİV: AVRO-2020-də qadın hakim olmayacaq

KİV: AVRO-2020-də qadın hakim olmayacaq
21.04.2021 23:00
Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında kişi və qadınların futbol yarışlarında xidmət edəcək hakimlər açıqlanıb.

"Report"un "Sport-express"ə istinadən məlumatına görə, Avropadan qadın FIFA referiləri fransalı Stefani Frappar və ukraynalı Yekaterina Monzul dəvət alıb.
Bu isə o deməkdir ki, hər iki baş hakim AVRO-2020-nin final mərhələsində olmayacaq. Frappar və Monzuldan əlavə, rusiyalı Anastasiya Pustovoitova da olimpiadada ədaləti qoruyacaq.

Kişilərin turnirində Avropadan 4 hakim - portuqaliyalı Artur Diaş, israilli Orel Qrinfeld, serbiyalı Srcan Yovanoviç və bolqar Georgi Kabakov qarşılaşmaları idarə edəcək.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

AVRO-2020 isə iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol