• $
  • £

Antonio Konte: "UEFA gəlirin az hissəsini klublara verir"

Antonio Konte:
22.04.2021 18:30
İtaliyanın "İnter" komandasının baş məşqçisi Antonio Konte Avropan Super Liqası ilə bağlı danışıb.
 
"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis UEFA-nın gəlirləri bölməsindən narazı olduğunu bildirib.

İtaliyalı baş məşqçi sıx qrafik barədə də fikirlərini bölüşüb: "Superliqa ilə bağlı bütün xəbərləri istər-istəməz eşidirik. Düşünürəm ki, ənənələri və idmana olan həvəsimizi heç vaxt unutmamalıyıq. Ənənələr tarix olduğu üçün hörmət edilməli, idman isə ləyaqətli olmalıdır. Biz qələbələr qazanmaq üçün çalışırıq".

Kontenin sözlərinə UEFA gəlirlərin bölgüsü barədə düşünməlidir: "Bəli, turnirlər təşkil edirlər, bütün hüquqları öz üzərlərinə götürürlər, lakin gəlirin yalnız çox az hissəsini turnirlərdəki komandalara verirlər. Futbolçular sıx təqvimlər səbəbindən limon kimi sıxılır və qarşılığında çox az pul qazanırlar. Beləliklə, təşkilat daha ədalətli mükafatlandırmağı düşünməlidir. Çünki klublar məşqçilərə və oyunçulara sərmayə yatırırlar. Buna görə də qazandıqları gəlirin bir hissəsinə layiqdirlər.
 
Gəlirlərdən 10 vahid qazanırsınızsa və onlardan 7-ni özünüz üçün saxlayır, yalnız 3-nü başqalarına verirsinizsə, bu, tamamilə ədalətli deyil. Bölgünün yenidən nəzərdən keçirilməsinə ehtiyac var".

Qeyd edək ki, İspaniyada "Barselona" və "Real Madrid"dən başqa 10 klub Superliqadan ayrıldığını açıqlayıb. İtaliyanın "Milan" və "Yuventus" klubları layihənin yenidən nəzərdən keçirilə biləcəyini bəyan edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol