• $
  • £

"Qarabağ" "Qəbələ"ni darmadağın, Mahir Emreli het-trik etdi

25.04.2021 22:27
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
"Report"un məlumatına görə, açılış oyununda "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 5:0.
Hesabı 64-cü dəqiqədə Xayme Romero açıb. Bundan 4 dəqiqə sonra Qara Qarayev fərqi artırıb. Son üç qolu isə 87-ci, 90-cı və 90+1-ci dəqiqələrdə Mahir Emreli vurub. Zədədən sonra meydana dönən Emreli bununla da qollarının sayını 16-ya çatdırıb və bombardirlər siyahısında "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərova çatıb.
Lakin o, 90+4-cü dəqiqədə penaltini yerinə yetirə bilməyib. Emrelinin poker istəyinə zərbəni qaytaran "Qəbələ"nin qapıçısı Anar Nəzirov mane olub.
Bu görüşdə həm də "Qarabağ" itki ilə üzləşib. İlk yarıda sarı vərəqə alan yarımmüdafiəçi İsmayıl İbrahimli cəzalı duruma düşüb. Sarı vərəqə limitini aşan 23 yaşlı oyunçu mayın 4-də "Zirə" ilə ev matçını buraxmalı olacaq.
Beləliklə, iki turdan sonra yenidən qələbə qazanan "Qarabağ" xalını 50-yə çatdırıb və ən yaxın izləyicisi "Neftçi"dən 4 xal aralanıb.

Qeyd edək ki, hazırda "Keşlə" - "Səbail" görüşü keçirilir. Saat 19:15-də "Sabah" - "Neftçi", saat 20:00-da isə "Zirə" - "Sumqayıt" matçları start götürəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol