• $
  • £

Çeferin üç nəhəng klubun avrokuboklardan kənarlaşdırılmasını təklif edəcək

Çeferin üç nəhəng klubun avrokuboklardan kənarlaşdırılmasını təklif edəcək
08.05.2021 20:30
Çempionlar Liqasının final oyunundan sonra UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqasından rəsmən imtina etməyən klubları cəzalandırmağı təklif edəcək.

"Report" "El Partidazo de COPE" nəşrinə istinadən xəbər verir ki, sloveniyalı funksioner İspaniyanın "Real Madrid" və "Barselona", eləcə də İtaliyanın "Yuventus" klublarının iki il müddətinə avrokuboklardan kənarlaşdırılmasını istəyir.

Qeyd edək ki, Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub.

Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar. Hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Superliqada qaldıqlarını açıqlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol