• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Bakıda daha 7 marşrut xəttində nağdsız ödəniş olacaq

Bakıda daha 7 marşrut xəttində nağdsız ödəniş olacaq
16.05.2021 20:30
Bakı Nəqliyyat Agentliyi sərnişin daşımalarında nağdsız ödənişlərin tətbiqini davam etdirir.

Bu barədə Anews.az-a qurumdan bildirilib.

Məlumata görə, artıq paytaxtın marşrut şəbəkəsinin 35%-də ümumi dövriyyənin şəffaflaşdırılması mümkün olub. Bu da vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər işçilərin sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir. Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Mayın 17-dən 20-nə qədər daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Belə ki,
17.05.2021-ci il tarixində 29 və 81
18.05.2021-ci il tarixində 71 və 83
19.05.2021-ci il tarixində 53 və 66
20.05.2021-ci il tarixində 31 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək. Bununla da "BakıKart” sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
İqtisadiyyat 10:29
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
İqtisadiyyat 17:02
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
İqtisadiyyat 15:29
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
İqtisadiyyat 15:25
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
İqtisadiyyat 15:18
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
Boşanan və evlənələrin sayı azalıb
İqtisadiyyat 15:09
Boşanan və evlənələrin sayı azalıb
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 13:06
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:46
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
İqtisadiyyat 12:37
Xankəndidə mənzillər satışa çıxarılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol