• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Nobel Arustamyanın Bakıda Avro-2020-yə gəlişi qadağan edildi

Nobel Arustamyanın Bakıda Avro-2020-yə gəlişi qadağan edildi
10.06.2021 12:37
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova "Matç TV" kanalının şərhçisi Nobel Arustamyanın futbol üzrə Avropa çempionatına akkreditasiya aldığını bildirib.

Anews.az bildirir ki, M.Zaxarova bu barədə Telegram kanalında yazıb və UEFA-ya təşəkkür edib.

Eyni zamanda, virtualaz.org öz mənbələrindən öyrənib ki, N.Arustamyan dörd oyunun keçiriləcəyi Bakıda matçlara getməyin qadağan edilməsi şərtilə akkreditasiya alıb. Ümumilikdə, Azərbaycanın istədiyi də elə bu idi: qanunlarımızı dəfələrlə pozan, işğal altında olan və indi azad edilmiş ərazilərə Azərbaycanın icazəsi olmadan səfər edən Arustamyanın akkreditasiyasını əngəlləmək. Bakı Təşkilat Komitəsinin Rusiya TV şərhçisinin Avro-2020-nin keçiriləcəyi digər 10 şəhərdə işləmək imkanından məhrum etdirmək məqsədi yox idi.

Bakının qadağasının səbəbi nə ola bilərdi? Güman etmək olar ki, ölkəmiz qanunlarını pozan şəxsi qəbul etmək istəməməklə yanaşı, özünü Arustamyanın mümkün təxribatından qorumaq qərarına gəlib. Erməni tərəfi məşhur şərhçini Bakıya göndərə bilərdi. Təbii ki, Bakı aeroportunda Nobeli, o cümlədən onun öz təhlükəsizliyi ilə bağlı ölkəyə buraxmazdılar. Arustamyanın Avro-2020-nin bütün şəhərlərinə akkreditasiyası olsaydı, bu, ciddi səs-küyə və UEFA tərəfindən təzyiqlərə səbəb olardı. İndi isə"Matç TV"nin  erməni şərhçisinin belə bir imkanı olmayacaq.


Nobel Henrix Mxitaryanın dostudur. 2019-cu ildə Mxitaryan "Arsenal"ın oyunçusu olaraq Azərbaycana qarşı əsl təxribat törətdi. Mxitaryan London klubunun köməyi ilə bütün dünyaya car çəkdi ki, guya Azərbaycan onu Avrokubokun finalında oynamaq imkanından məhrum edir. Ölkəmiz erməni futbolçusuna bütün mümkün təhlükəsizlik zəmanətlərini verəndə isə, gözlənildiyi kimi, Bakıya getməyəcəyini bəyan etdi. Halbuki bu  barədə əvvəlcədən çox gözəl bilirdi. Sadəcə, təxribatçı Henrix finalın təşkilatçısı kimi Azərbaycanı ləkələmək üçün belə bir hoqqaya əl atmaq qərarına gəlmişdi. Bəyəm onun dostu Nobel belə edə bilməzdi ki?!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA aşağı yaş qrupları üzrə oyunları təxirə salıb
İdman 22:24
AFFA aşağı yaş qrupları üzrə oyunları təxirə salıb
AFFA aşağı yaş qrupları üzrə liqaların oyunlarını təxirə salıb
İdman 19:08
AFFA aşağı yaş qrupları üzrə liqaların oyunlarını təxirə salıb
"Qarabağ" "Neftçi"ni məğlub edib - Yenilənib
İdman 20:55
"Qarabağ" "Neftçi"ni məğlub edib - Yenilənib
Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
İdman 21:30
Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
"Neftçi" - "Qarabağ" oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb
İdman 17:49
"Neftçi" - "Qarabağ" oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb
İdman avadanlıqları necə seçilir?
İdman 16:21
İdman avadanlıqları necə seçilir?
UEFA Azərbaycan klublarına ödəniş edib
İdman 23:22
UEFA Azərbaycan klublarına ödəniş edib
III MDB Oyunları bu tarixdə keçiriləcək
İdman 20:26
III MDB Oyunları bu tarixdə keçiriləcək
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
İdman 18:25
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol