• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Azərbaycanı narahat edən məsələlər Rusiya Şurasında gündəmə gətirildi

Azərbaycanı narahat edən məsələlər Rusiya Şurasında gündəmə gətirildi
16.06.2021 23:50
Bu gün Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının 15-ci iclası keçirilib.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən "Report"un Rusiya bürosuna verilən məlumata görə, komissiyanın iclasına Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyasının Federal Şurasının sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.

Tədbirdə Səfir Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İntizam, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvü Nizami Səfərov, Hesablayıcı, Mədəniyyət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin üzvü Mixail Zabelin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev, Hesablayıcı, Gənclər və idman, Əmək və sosial siyasət komitələrinin üzvü Sevinc Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hesablayıcı, Gənclər və idman komitələrinin üzvü Elnur Allahverdiyev, Rusiya tərəfindən isə Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin, Elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova, Sosial siyasət komitəsinin sədri İnna Svyatenko, senatorlar Aleksandr Başkin, Sergey Arenin, Dövlət Dumasının deputatları Zaur Qekkiyev, Hacımurad Ömərov, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev və digər rəsmi şəxslər iştirak ediblər.
İclasda ikitərəfli parlamentlərarası əlaqələrin hazırki vəziyyəti ilə bağlı məmnunluq ifadə olunub, onun gələcək inkişafı və genişləndirilməsi istiqamətində müxtəlif məsələlər müzakirə edilib. Bununla yanaşı, ölkələrimizin bir çox beynəlxalq parlament təşkilatları, o cümlədən MDB, AŞPA, ATƏT PA və s. çərçivəsində mövcud olan sıx əməkdaşlığı qeyd olunub.
Rusiya və Azərbaycan prezidentlərinin arasında olan inam və etimad, iki ölkənin parlament münasibətlərinin ildən-ilə genişlənməsi, Rusiyanın aparıcı xarici ticarət tərəfdaşlarımızdan biri olması həm Rusiya, həm də Azərbaycan deputatlarının çıxışlarında xüsusilə vurğulanıb.
10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatlarının əhəmiyyətini, İkinci Qarabağ müharibəsində şanlı qələbənin ölkə başçısı İlham Əliyevin güclü qətiyyəti və müdrik rəhbərliyi, eləcə də Azərbaycan ordusunun şücaəti və igidliyi nəticəsində əldə edildiyini qeyd edən Azərbaycan nümayəndə heyəti sözügedən bəyanatların imzalanmasında Rusiya Prezidenti Vladimir Putinin müstəsna rolunu önə çəkib.
Bundan əlavə, görüş zamanı ölkəmizdə rus dilinin geniş şəkildə tədris olunmasına və bu məsələdə ölkə rəhbərliyinin verdiyi dəstəyə görə Azərbaycan tərəfinə dərin minnətdarlıq ifadə olunub, iki ölkə arasında təhsil sahəsində mövcud olan uğurlu əməkdaşlıqdan bəhs edilib.
Eyni zamanda bəzi rusiyalı deputatların ölkəmizə münasibətdə əsassız və qərəzli mövqe tutması, Rusiya ilə sərhəddə yükdaşımalarla bağlı yaranan çətinliklər, Dağıstan Respublikası ərazisində Azərbaycan dilinin tədrisi və dərsliklərin latın qrafikası ilə dərc edilməsi məsələlərinə dair Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.
İclasın sonunda Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Şurasının arasında İş Planı imzalanıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
UVS Production debüt konsert proqramını təqdim edib
Mədəniyyət 13:56
UVS Production debüt konsert proqramını təqdim edib
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
Mədəniyyət 10:00
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Mədəniyyət 13:34
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib

Rəqsanə ev dustaqlığına buraxılıb
Mədəniyyət 17:48
Rəqsanə ev dustaqlığına buraxılıb

Xalq artisti Roza Cəlilova vəfat edib
Mədəniyyət 10:22
Xalq artisti Roza Cəlilova vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol