• $ 1.7
  • € 2.0244
  • ₽ 0.022001
  • ₺ 0.039
  • £ 2.3221

"Neftçi" Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazandı

14.07.2021 23:31
"Neftçi” UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın "Dinamo” (Tbilisi) komandası ilə qarşılaşıb.


AZXEBER.COM-un məlumatına görə, "Bakcell Arena”da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Qitənin ən nüfuzlu klub turnirində yubiley – 20-ci oyununa çıxan meydan sahibləri matça fəal başlayıblar. Paytaxt təmsilçisi 24-cü dəqiqədə qola yaxın olsa da, Yusuf Lavalın sol cinahdan ötürməsinə Sezar Meza Kolli toxuna bilməyib. Qonaqların buna cavabı daha təhlükəli alınıb. Cinah ötürülən topu Giorgi Qabedava başla qapıya göndərsə də, Aqil Məmmədov rəqib hücumçunun fərqlənməsinə imkan verməyib. 44-cü dəqiqədə Qabedava növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə onun zərbəsində azacıq dəqiqlik çatmayıb. Birinci hissə qolsuz bərabərliklə yekunlaşıb.


İkinci yarının startında "Neftçi”nin heyətində Mamadu Mboc kobud səhvə yol verib. Amma Gürcüstan təmsilçisi oyunçunun bu "hədiyyə”sindən istifadə edə bilməyib. Buna baxmayaraq, 51-ci dəqiqədə "Dinamo” Milan Radinin qolu ilə hesabı açıb. Lakin qonaqların sevinci cəmi 7 dəqiqə çəkib. Cərimə meydançasında Meza Kolliyə qarşı kobudluqdan sonra təyin olunmuş penaltini kapitan Emin Mahmudov dəqiq yerinə yetirib. Hesabı bərabərləşdirdikdən sonra hücuma daha inamla atılan "ağ-qaralar” 68-ci dəqiqədə 2-ci topu vurublar. İlk oyunda rəqib qapısına yol tapan Namik Ələskərov cavab matçında da adını tabloya yazdırıb. Oyunun sonlarına doğru "Dinamo” hesabı bərabərləşdirsə də, yan xətt hakimi ofsayd qeydə alıb. Görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane topu boş qapıdan çıxarıb.


Beləliklə, evdə əzmkar qələbə qazanan "Neftçi” II təsnifat mərhələsinə yüksəlib. Komandanın növbəti raunddakı rəqibi Yunanıstan "Olimpiakos”u olacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. "Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib
İdman 22:40
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb
İdman 21:35
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb
"Qarabağ" - "Nyukasl" oyununa 18 mindən çox bilet satılıb
İdman 21:00
"Qarabağ" - "Nyukasl" oyununa 18 mindən çox bilet satılıb
ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb
İdman 23:30
ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb
Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
İdman 00:08
Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib
İdman 15:25
Azərbaycan Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib
Güləş üzrə Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib
İdman 22:33
Güləş üzrə Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib
“Kəpəz”in futbolçusu Veysəl Rzayev Gəncədə bıçaqlanıb
Cəmiyyət 10:34
“Kəpəz”in futbolçusu Veysəl Rzayev Gəncədə bıçaqlanıb
"Qarabağ" fransalı futbolçunu transfer edib
İdman 19:30
"Qarabağ" fransalı futbolçunu transfer edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol