• $
  • £

“Kimin favorit olduğunu yaşıl meydan göstərəcək”

“Kimin favorit olduğunu yaşıl meydan göstərəcək”
21.07.2021 22:14
Rusiyanın "Soçi” komandasının baş məşqçisi Vladimir Fedotov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Keşlə”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

"Qafqazinfo” xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Matça yaxşı hazırlaşmışıq. Sabah azarkeşlərimizə baxımlı oyun göstərmək istəyirik. Avrokuboklarda debüt etməyimizə baxmayaraq, komandada gərginlik yoxdur. Doğru yolda əmin addımlarla irəliləyirik.

"Keşlə” barədə müəyyən məlumatlar toplamışıq. Amma heç bir oyununa baxa bilmədik. Çünki yoxlama matçlarını yerli komandalara qarşı keçiriblər. Bununla belə, hansı üslubda oynadıqlarını bilirik. Həmçinin yeni transferləri barədə məlumatlıyıq. Düşünürəm ki, matçın ilk 10 dəqiqəsi rəqibin oyununu analiz etmək üçün yetərli olacaq”.
Rusiyalı baş məşqçi avrokuboklardakı əsas hədəflərini də açıqlayıb: "Qrupa düşmək üçün 3 komandanı keçməliyik. Bu baxımdan bizi sıx qrafik gözləyir. Əsas məqsəd uğurlu startdır. İnanıram ki, hədəfimizə çatacağıq”.

Fedotov şansların bərabər olduğunu vurğulayıb: "Rəqib barədə məlumatımız az olduğundan kimin favorit olduğunu demək çətindir. Amma evdə oynayacağımız üçün üstünlük bizim tərəfimizdə olacaq. Kimin favorit, kimin ikinci olduğunu yaşıl meydan göstərəcək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol