• $
  • £

Namik Ələsgərov əməliyyat olunacaq

Namik Ələsgərov əməliyyat olunacaq
22.07.2021 18:19
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın "Olimpiakos” klubu ilə dünən keçirilmiş ilk matçın 43-cü dəqiqəsində rəqib futbolçudan üzünə zərbə alan Namik Ələsgərovun vəziyyətinə aydınlıq gəlib. 

"Qafqazinfo” xəbər verir ki, komandanın baş həkimi Şaiq Zöhrablı bu haqda klubun rəsmi saytına açıqlama verib:

"Oyun vaxtı aldığı zədə ilə əlaqədar Namiqə əvvəlcə meydanda, sonra paltardəyişmə otağında ilkin müdaxilələr oldu. Daha sonra diaqnozun dəqiqləşdirilməsi məqsədilə stadionun yaxınlığındakı klinikaya gedərək, onun kəllə sümükləri kompüter tomoqrafiyası olundu. Nəticədə, burun qanadlarında, əng sümüyündə - frontal və yan hissədə olmaqla 3 ədəd sınıq müşahidə edildi. Xəstəxanada yenidən müdaxilələr olundu. Sonra Namiq bizim maksimum nəzarətimizlə Bakıya gətirildi və bu gün klinikaya yerləşdirildi. Həm üz-çənə cərrahiyyəsi həkimləri, həm də burun-boğaz üzrə uzman doktorlar ümumi olaraq bu nəticəyə gəldik ki, hazırda Namiqin vəziyyəti ilə əlaqədar əsas problem olan hissə əng sümüyündəki frontal və yan hissədə olan sınıqla əlaqədardır. Bunun nəticəsində əng hissəyə sızan möhtəviyyat və xırda hava qabarcıqlarının ilk növbədə işlənməsi lazımdır. Burun-boğaz cərrahları ilə görüşdən sonra belə qərara gəldik ki, hazırda burun sümüklərində olan qırıqlara görə təcili əməliyyata ehtiyac yoxdur. Yəni hazırda burun çəpəri ilə bağlı ciddi narahatlıq yoxdur. Sonradan lazım olsa, rekonstruksiya və plastik məqsədilə bu əməliyyat icra edilə bilər. Amma hazırda əng sümüyündə olan deffektlə bağlı əməliyyat planlaşdırıldı. Bu əməliyyat sabah icra olunacaq. Sonra maksimum bir ay ərzində həm müalicə, həm də bərpa məsələləri həll olunacaq və Namiq komanda ilə məşqlərə qoşulacaq”.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın bombardiri olan Namiq Ələsgərov bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Tiflis "Dinamo”su ilə hər iki oyununda qola imza atıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol