• $
  • £

Turizmə ayrılan vəsaitlərin mənimsənilməsinə görə cinayət işi başlandı

Turizmə ayrılan vəsaitlərin mənimsənilməsinə görə cinayət işi başlandı
22.07.2021 19:59
Dövlət büdcəsindən turizmin inkişafı məqsədilə ayrılan vəsaitlərin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanmışdır Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb.

Baş Prokurorluqdan Anews.az-a verilən məlumata görə, müəyyən edilib ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə "Rəqəmli Dövr” MMC arasında bağlanmış müqavilə üzrə Nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə qeyd edilən Cəmiyyətə 14 noyabr 2018-ci il tarixdə külli miqdarda ödəniş edilib.

Habelə, ölkədə keçirilmiş ticarət festivalları ("Şoppinq festival”) üzrə icraçı müəssisə olan "Azərbaycan Konqreslər Bürosu” MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə Nazirlik tərəfindən qeyd edilən Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib.

Bundan əlavə, araşdırmalarla Nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada avtomobil kanala aşıb, iki qardaş ölüb
Cəmiyyət 11:00
Neftçalada avtomobil kanala aşıb, iki qardaş ölüb
Allahşükür Paşazadə II İliyanın dəfnində iştirak edəcək
Cəmiyyət 09:38
Allahşükür Paşazadə II İliyanın dəfnində iştirak edəcək
Prezident Ramazan bayramı münasibətilə paylaşım edib
Cəmiyyət 08:46
Prezident Ramazan bayramı münasibətilə paylaşım edib
Azərbaycanda bayram namazı qılınıb
Cəmiyyət 08:30
Azərbaycanda bayram namazı qılınıb
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Cəmiyyət 08:16
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Bu gündən 11 günlük tətil başlayır
Cəmiyyət 00:11
Bu gündən 11 günlük tətil başlayır
Bu gün Azərbaycanda Novruz bayramıdır
Cəmiyyət 00:06
Bu gün Azərbaycanda Novruz bayramıdır
Azərbaycanda Ramazan bayramıdır
Cəmiyyət 00:05
Azərbaycanda Ramazan bayramıdır
Azərbaycanın Latviyadakı səfirliyi bayram günlərində fəaliyyət göstərməyəcək
Cəmiyyət 23:05
Azərbaycanın Latviyadakı səfirliyi bayram günlərində fəaliyyət göstərməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol