• $ 1.7
  • € 1.97
  • ₽ 0.021803
  • ₺ 0.04
  • £ 2.2506

“Sabahı gözləyirik” - Samir Abasov

“Sabahı gözləyirik” - Samir Abasov
27.07.2021 22:07
"Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Olimpiakos”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

"Qafqazinfo” xəbər verir ki, o, Yunanıstan klubu ilə qarşılaşmadan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:

"İlk oyundan sonra artıq rəqib haqqında tam olaraq məlumatlıyıq.
 
Sabahkı oyuna tam hazırıq. Bizi gərgin və maraqlı görüş gözləyir.

İlk matçda uduzsaq da, cavab oyunundan öncə böyük ajiotaj var. Biz də ümidliyik. İnanırıq ki, azarkeşlərimizə gözəl hədiyyə edəcəyik, onların ümidini doğruldacağıq. Buna gücümüz çatacaqmı, sabah bilinəcək. Yaxşı potensialımız var. Komandamız oyundan-oyuna artıracaq və daha yaxşı səviyyəyə gələcək. Bəzi üzücü məqamlar var. Amma itkilərimiz haqqında danışmaq istəmirəm. Sabahı gözləyirik. Bizi çox maraqlı görüş gözləyir.

"Dinamo” ilə oyundan sonra ot örtüyünün durumu barədə məsul şəxslərlə danışdıq, səbəbini izah etdilər. Bəzi məqam var ki, meydança istirahət etməlidir. Biz burada məşq edirik, bundan irəli gələ bilər. Üstəlik, isti hava şəraitində meydançaya baxmaq da çətindir. İnanıram ki, bundan sonra meydançanın durumu bizim istədiyimiz kimi olacaq. Düzdür, sabahkı oyun tam başqa formatda keçəcək. Amma inanıram ki, hər şey yaxşı olacaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
İdman 18:22
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
İdman 01:53
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
İdman 21:09
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
İdman 15:42
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
İdman 14:39
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
UEFA “Ayntraxt”ı cərimələyib
İdman 15:53
UEFA “Ayntraxt”ı cərimələyib
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İdman 13:36
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
İdman 22:30
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol