• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Ombudsmandan sərhəddəki gərginliklə bağlı AÇIQLAMA

Ombudsmandan sərhəddəki gərginliklə bağlı AÇIQLAMA
28.07.2021 14:33
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan-Azərbaycan dövlət sərhədində bir neçə gündür müşahidə olunan gərginliklə bağlı bəyanat yayıb.


Ombudsman Aparatından Anews.az-a daxil olan bəyanatda deyilir:


"Ermənistan Silahlı Qüvvələrinin atəş açması nəticəsində Azərbaycan tərəfinin hərbi qulluqçuları arasında həlak olan və yaralananlar olub. Ötən gecədən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin yenidən dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində gərginliyi artırmaq cəhdlərini davam etdirməsi, insanların xəsarət alması halları bizi ciddi narahat edir.


Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsə məhəl qoymaması və iriçaplı silahlardan istifadə etməsi isə həmin ölkənin nəinki sülhyaratma prosesinə etinasız yanaşdığını, həmçinin bu prosesə ciddi maneə törətdiyini bir daha sübut edir.


Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə təhdidlər qəbuledilməzdir. Tərəfimizdən mütəmadi olaraq beynəlxalq hüququn tələblərinin xatırladılması və insan hüquqlarına hörmət edilməsi məqsədilə edilmiş çağırışlara baxmayaraq, Ermənistan tərəfi bölgədə sülh və birgəyaşayış şərtlərinə hörmətsizlik nümayiş etdirir.


Bir daha Ermənistan tərəfini insanların həyat və sağlamlığının qorunması, dinc birgəyaşayışın təmin olunması üçün səylər göstərməyə, beynəlxalq ictimaiyyəti isə bu istiqamətdə zəruri çağırışlar etməyə dəvət edirik”.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Siyasət 18:11
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Siyasət 13:31
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Siyasət 13:19
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol