• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bakıda idman zalında yarış təşkil edən şəxs saxlanıldı

Bakıda idman zalında yarış təşkil edən şəxs saxlanıldı
28.07.2021 21:47
Sosial şəbəkələrdə idman yarışının keçirilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Anews.az-a açıqlamasında bildirib ki, antinarkotik təbliğatı adı altında keçirilən yarış iyul ayının 27-də saat 22:30 –23:30 radələrində paytaxtın Xətai rayonu, Şirvani küçəsində yerləşən idman zalında təşkil olunub.

Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşayiət olunan yarışla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq cinayət işi, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrinə müvafiq olaraq inzibati icraat başlanıb.

Yarışın təşkilatçısı olan ictimai birliyin rəhbəri, 1984-cü il təvəllüdlü Elçin Çobanzadə müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb. Yarışın iştirakçıları və tamaşaçıları ilə bağlı araşdırmalar davam etdirilir.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda belə qarşılandı - FOTO
İdman 09:25
Azərbaycan millisi Bakıda belə qarşılandı - FOTO
İngiltərədə futbolçulara analıq məzuniyyətinə çıxmağa icazə verilib - FOTO
İdman 18:00
İngiltərədə futbolçulara analıq məzuniyyətinə çıxmağa icazə verilib - FOTO
“Başakşehir” Mahir üçün “Legiya”ya 750 min avro təklif edib
İdman 22:11
“Başakşehir” Mahir üçün “Legiya”ya 750 min avro təklif edib
Əməkdar məşqçi koronavirusdan vəfat etdi - Foto
Cəmiyyət 22:21
Əməkdar məşqçi koronavirusdan vəfat etdi - Foto
Şəhriyar Məmmədyarovdan heç-heçə
İdman 21:54
Şəhriyar Məmmədyarovdan heç-heçə
Azərbaycanlı futbol məşqçisi dünyasını dəyişdi - Foto
İdman 18:30
Azərbaycanlı futbol məşqçisi dünyasını dəyişdi - Foto
İdmançımız qızıl medal qazandı
İdman 23:28
İdmançımız qızıl medal qazandı
“Mançester Yunayted” Mxitaryanın əvəzinə azərbaycanlını işarələdi - Fotolar
İdman 23:50
“Mançester Yunayted” Mxitaryanın əvəzinə azərbaycanlını işarələdi - Fotolar
Zabit Səmədov nokaut etmişdi, koronavirusdan öldü - Video
İdman 11:54
Zabit Səmədov nokaut etmişdi, koronavirusdan öldü - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol