• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Kindzerskayanın əri: “Bu bürüncü Xudafərin körpüsünün yanında boynumuzdan asacağıq” - MÜSAHİBƏ

Kindzerskayanın əri: “Bu bürüncü Xudafərin körpüsünün yanında boynumuzdan asacağıq” - MÜSAHİBƏ
30.07.2021 21:43
Azərbaycana Tokio Olimpiadasında ilk medalı qazandıran cüdoçu İrina Kindzerskayanın həyat yoldaşı Ukraynada yaşayan həmyerlimiz Həmid Əliyevdir.
Anews.az  bildirir ki, Oxu.Az keçmiş samboçu və cüdocu olmuş, hazırda Ukraynada məşqçi işləyən Həmid Əliyevdən müsahibə götürüb.
– İrina bürünc medal qazanarkən yaşadığınız hissləri necə ifadə edə bilərsiniz?
nomre.bakcell.com
Learn more
– Bu emosiyaları sözlə çatdırmaq çox çətindir. Hazırda Ukraynadayam. Kiyev oblastındakı İrpen şəhərində yaşayıram. Baxmayaraq ki, bu, Ukraynanın yox, Azərbaycanın qazandığı medaldır, qonşularımıza kimi hamı çox sevinir. Çünki burda Azərbaycanı çox sevirlər.
– Sizin İrina medal qazanarkən sevinc videonuz var. Ora haradır?
– Ora kofe satılan bir yerdir. İrinanın iki görüşünə evdə baxmışdım. Bürünc medal görüşü başlayanda orada baxmalı oldum, evimizin yanıdır. Mən artıq həyəcandan baxa, danışa bilmirdim. İkinci vaza-ari xalını – ipponu görəndə artıq göz yaşlarımı saxlaya bilmədim. Çünki biz bu medalı çoxdan gözləyirdik. Buradək yolu çox böyük əziyyət, zədələr, ağır məşq proseslərindən keçərək gəlmişdik. Özüm Ukraynada hazırda cüdo müəllimi işləyirəm. Ona fiziki məşqləri mən keçirdim.
– Gələcək planlarınız necədir?
– Özüm Cəbrayıl rayonundanam. İnşallah, Cəbrayılda vəziyyət düzəlsin, ora səfər edəcəyik. Allahın köməkliyi ilə bu bürünc medalı Xudafərin körpüsünün yanında boynumuzdan asacağıq.
– İrina ilə harda tanış olmuşunuz? Bir az da bu haqda məlumat verin...
– Mən özüm sambo üzrə Azərbaycan millisinin üzvü olmuşam. İrina ilə 2008-2009-cu illərdə keçirilən sambo üzrə dünya və Avropa çempionatlarında tanış olmuşduq. O da onda sambo ilə məşğul olurdu. Onda onun 17-18 yaşı vardı. Birlikdə olmağımızdan artıq 12 il keçir. Artıq 10 ildir ki, evliyik. Bizi idman birləşdirir.
– Bildiyimə görə, onun 2017-ci ildən Ukrayna millisindən Azərbaycana keçməsində sizin rolunuz olub...
– Təbii ki. Özüm azərbaycanlıyam deyə, həyat yoldaşımın millimiz adından çıxış etməsini, bizim bayrağımız üçün töhfəsini verməsini istədim. Bilirdim ki, onun bizə xeyri dəyə bilər. Azərbaycan Cüdo Federasiyası ilə müqavilə bağladığı 2017-ci ildə Budapeştdə keçirilmiş dünya çempionatında bürünc və İslamiadada iki gümüş medal qazandı. Ondan əvvəl də Avropa Kubokunda üçüncü olmuşdu. Daha sonra "Böyük Dəbilqə”, Qran Prilər, "Masters” turnirində, Avropa çempionatı və II Avropa Oyunlarında mükafat qazandı. Bunların hamısı planlı şəkildə idi. Hazırda +78 kq çəki dərəcəsində dünya reytinqində üçüncüdür. Azərbaycanın Olimpiya medalı qazanan ilk qadın cüdoçusu kimi tarixə düşdü.
– Çoxlarını bu sual düşündürə bilər. İrinanın 30 yaşı var. Karyerasını davam etdirəcək, ya yox?
– İnşallah, Olimpiadadan sonra bir az istirahət edəcək. Çünki dayanmadan məşq edib, bədən yorulub, istirahətə ehtiyacı var. Bir-iki həftəlik istirahətdən sonra məşqlərə başlayacağıq. Zədə varsa, onu sağaltmaq üzərində işləyəcəyik. Qarşıda dünya, Avropa çempionatları və İslamiada var. O yarışlara hazırlaşmaq lazımdır. Biz peşəkarıq, idman ailəsiyik. Dayanmaq yoxdur. Olimpiadada üçüncü olduq, vəssalam, qurtardıq söhbəti ola bilməz. Növbəti məqsədimiz Parisdəki Olimpiadada qızıl və ya gümüş medal qazanmaqdır. Planlarımız çoxdur. Hamısını yazmışam. Planlarımızda yalnız Azərbaycan cüdosuna töhfə vermək var. Sizdən bir az əvvəl özü ilə də danışmışam. Azərbaycana Tokioda ilk Olimpiya medalını qazandırdığı üçün çox şaddır.












www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
İdman 00:15
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol