• $
  • £

“Klub olaraq böyümüşük, təcrübə toplamışıq” - Tahir Gözəl

“Klub olaraq böyümüşük, təcrübə toplamışıq” - Tahir Gözəl
31.07.2021 15:33
"Qarabağ”ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlama verib. "Qafqazinfo”nun məlumatına görə, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod”la (İsrail) səfər matçında qazanılan qələbədən danışıb.

""Aşdod"la oyunda qazandığımız qələbə və "Qarabağ”ın mərhələ adlaması münasibəti ilə baş məşqçimiz Qurban Qurbanovu, komandamızın bütün futbolçularını, xüsusən "Qarabağ" azarkeşlərini təbrik edirəm. "Aşdod"la oyundakı uğur avrokuboklarda yenə iddialı olduğumuzu göstərdi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun sayəsində biz indi azad Qarabağı, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanı təmsil edirik. Bu, bizi daha məsuliyyətli edir. Odur ki, daha güclü heyətin qurulması üçün klubumuzun idarəçilərinə tapşırıqlar vermişəm. Əminəm ki, zamanla daha əzmkar, daha mübariz, daha böyük hədəflər üçün oynayan "Qarabağ” görəcəyik. 


Klub olaraq da böyümüşük, təcrübə toplamışıq. Əvvəl biz öyrənirdiksə, indi bizdən nəsə öyrənməyə çalışırlar. "Aşdod"la oyunda bunun şahidi olduq. Qürurla deyə bilərik ki, klubumuz həm də yaxşı idarəçilər yetişdirir. UEFA Konfrans Liqası yeni turnirdir. Burada mərhələ adlayan ilk Azərbaycan komandası olduq. Ümid edirəm, bu uğurun davamını AEL-lə matçlarda da gətirəcəyik. Mənim komandama güvənim sonsuzdur. Yeni turnirdə - Konfrans Liqasında mümkün olduğu qədər irəliləməyə, Azərbaycanı, Qarabağı böyük qürur hissi ilə təmsil etməyə çalışacağıq”.









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol