• $
  • £

“Qanunu qoruyan polisdir, həmin millət vəkili deyil” – Zahid Oruc

“Qanunu qoruyan polisdir, həmin millət vəkili deyil” – Zahid Oruc
03.08.2021 11:50
Ölkəmizin hazırki taleyüklü dövründə-Böyük qayıdışa, dövlət sərhədlərimizin tanıdılmasına və qələbəmizin nəticələrinin möhkəmləndirilməsi gündəliyinə ziyan vuran bir mövzuda növbədənkar iclasa toplaşmışıq.Milli Məclis kiminsə siyasi mövqeyini, yaxud 7 illik deputatlıq fəaliyyətini, eləcə də onun şəxsi keyfiyyətlərini deyil, konkret ərazidə, bir neçə şəxsin şahidliyilə gecə vaxtı fiziki-mənəvi zorakılığa məruz qalması və  vətəndaşın şikayəti əsasında Baş prokurorluğun verdiyi təqdimata münasibət bildirir. Məsələyə, emosional, partiyalı, yoldaşlıq, yaxud şəxsi dostluq çərçivəsində qiymət verəndə subyektiv mülahizələrə yol açılır, halbuki biz Azərbaycan zabitinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində düzgün qiymət verməsək, qəbul etdiyimiz qanunların işləkliyinə heç kimi dəvət edə bilməyəcəyik, "samosud” əməllərinin genişlənməsinə rəvac verəcəyik, hüquqi nihilizmi genişləndirən və kimin gücü varsa, digərinin fiziki cəzalandırmasına yaşıl işıq yandıran hərəkətlərə səbəb olacağıq.

 Ona görə də polisə və əsgərə qalxan əl dövlətə vurulan zərbə kimi qiymətləndirilməlidir. Gecədən keçmiş qanuni tabel silahına malik şəxsə qarşı linç əməliyyatı qurulursa, günün-gündüz çağı millət vəkilini qanuna dəvət edən silahsız vətəndaş daha böyük işgəncəyə məruz qala bilər. Zorakılıq edilən şəxs Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasıda fədakarlığı ilə seçilən polis zabitidirsə, hadisəni iki hakimiyyət qolu arasında nifaq kimi təqdim edənlər mövcud olmayan gərginliyə dair süni mövzu verirlər. Hamı yaxşı başa düşür ki, polis zabitini vurmaq deputatın gücü daxilindədirsə, onda millət vəkillərini də döyəcək xeyli güclü şəxslər və qruplar meydana çıxa bilər.

Bizsə prezident İlham Əliyevin Yeni Hakimiyyət və Yeni Elita quruculuğunu təkcə rütbəsindən asılı olmayaraq cinayət törədən hökumət və icra orqanı təmsilçiləriə qarşı deyil, eləcə də millət vəkili və hakim adına ləkə vuranlardan təmizlənmək kimi təqdim edirik.Milləti təmsil edən şəxs kreslonun və mandatın gücünü özünün şəxsi toxunulmazlığı saya bilməz. Qanunları yazan və milləti hüquqa dəvət edən birinci qüvvə bizik.İndiki halda, xalqın mənafeyini və sağlamlığını, ictimai qanunçuluğu qoruyan biizm həmkarımız yox, məhz həmin polis zabitidir və əsil mandatı daşıyan da odur!

Vətəndaşların haqlarını qorumalı olan onu əzirsə, gecə əlbəyaxa razborka aparırsa, onda millət vəkili hansı haqla burada digər cinayətləri pisləyən çıxışlar edə bilər.

Xatırladaq ki, onlarla  ölkədə  qanunverici orqan təmsilçiləri müxtəlif əməllərə görə mandatdan məhrum edilib.
Bəli, Parlament üzvü dövlətin simasıdır, çünki millətin şərəf və ləyaqətini, maraq və mənafelərini  təmsil edir.Ona qarşı gedəndə isə mandat hüququnu itirir.
Sonda biz təklif edirik ki, qanunu və vətəndaş hüquqlarını müxtəlif bölgələrdə ləyaqətlə qoruyan polis təmsilçilərindən 125 nəfəri Parlament tərəfindən mükafatlandırılsın.

Eləcə də Milli Məclisin bir neçə üzvündən ibarət qrupun Xaçmazda siyasi aktivlərlə, ziyalılar və gənclərlə, hüquq mühafizə orqanı təmsilçiləri görüşməsini Parlamentin həqiqi mövqeyini izah etmək baxımından faydalı sayırıq.

Ümidvarıq ki, sentyabrda Parlament sessiyası başlayanda Vətən müharibəsində qəhrəmanlıq göstərən Silahlı qüvvələrin, həmçinin hüquqi mühafizə orqanlarının nümayəndələri ilə dövlətimizin birliyinə xidmət edən birgə görüş-tədbir keçirəcəklər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət 14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Siyasət 14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Siyasət 12:10
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Siyasət 11:28
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol