• $
  • £

Məşhur gecə klublarına görə iki polis rəisi işdən çıxarıldı

Məşhur gecə klublarına görə iki polis rəisi işdən çıxarıldı
03.08.2021 18:58
Bakıda gecə klublarında karantin rejiminin pozulması faktı ilə bağlı iki polis rəisi işdən çıxarılıb.

Anews.az  Lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov rayon Polis İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Fərid Vəliyev tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusifli də tutduğu vəzifədən kənarlaşdırılıb.

Saytın əldə etdiyi məlumata görə, adıçəkilən rəislər rayon ərazisində fəaliyyət göstərən "İnfiniti” və "Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib
Siyasət 21:12
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
Siyasət 18:49
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
Siyasət 12:15
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib
Siyasət 14:00
Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib
Prezidentİpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edib - sərəncam
Siyasət 13:56
Prezidentİpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edib - sərəncam
Putin Əliyevə zəng edib
Siyasət 13:14
Putin Əliyevə zəng edib
Azərbaycanla İran Astara yük terminalında işlərin tamamlanması istiqamətində müzakirələr aparıb
Siyasət 10:56
Azərbaycanla İran Astara yük terminalında işlərin tamamlanması istiqamətində müzakirələr aparıb
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Siyasət 19:17
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Sahibə Qafarova ABŞ-yə səfər edib
Siyasət 18:56
Sahibə Qafarova ABŞ-yə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol