• $
  • £

Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

Pakistanlı ekspert:
04.08.2021 14:56
"Ermənistan atəşkəs rejimini pozmaqla sülh prosesinə maneçilik törədir, bu isə regionda sabitlik baxımından həssaslığı daha da artırır".

Bunu  Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm Ermənistanın Azərbaycanla sərhəddə çoxsaylı təxribatlar törətməsini şərh edərkən bildirib.

"Hesab edirəm ki, əsas problem Ermənistanın hərəkətlərinin əvvəlki kimi regionda adi insan təhlükəsizliyini nəzərə almamasında və beynəlxalq razılaşmaya uyğun olmamasındadır. Sülhün təmin edilməsi istiqamətində beynəlxalq səviyyədə səy göstərilməsinə baxmayaraq, rəsmi İrəvanın bədxahlığı bu səylərin nəticəsiz qalması təhlükəsi yaradır. Bütün dünya ermənilərin vəhşiliyini və iç üzünü gördü”, - o deyib.

Ekspert həmçinin əlavə edib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli noyabr bəyanatı regionun geosiyasi konfiqurasiyasını köklü şəkildə dəyişib. Lakin bəyanatdan sonra Ermənistan mina sahələrinin xəritələrini təqdim etməməklə, habelə ekstremistlərin dövlət tərəfindən maliyyələşdirilən fəaliyyətində iştirak etməklə razılaşmanı pozur.

Ermənistan mina sahələrinin xəritələrini təqdim etməsi faktını şərh edərkən X.T.Əkrəm bildirib: "Bu, Ermənistanın mənfur niyyətlərinin, onun dövlət səviyyəsində aparılan terror və sabotaj fəaliyyəti ilə əlaqəsinin təzahürüdür. Beynəlxalq ictimaiyyət susmamalı, Ermənistana münasibətdə sərt qərar qəbul etməli, mina yerləşdirilmiş rayonların xəritələrini təqdim etməsi və üçtərəfli atəşkəs razılaşmasına riayət etməsi üçün bu ölkənin rəhbərliyinə təzyiq göstərməlidir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol