• $
  • £

Ötən ay SOCAR-ın Ukraynaya tədarük etdiyi aviayanacağın həcmləri açıqlandı

Ötən ay SOCAR-ın Ukraynaya tədarük etdiyi aviayanacağın həcmləri açıqlandı
05.08.2021 23:00
Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə "SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 4 min ton aviasiya yanacağı idxal edib.
 
"Anews” xəbər verir ki, bu barədə "A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.
 
Azərbaycan şirkəti tərəfindən ölkəyə gətirilən aviasiya yanacağı əsasən Belarus və Litvadan tədarük edilib. Ötən ay SOCAR Belarusdan 2,8 min ton, Litvadan isə 1,2 min ton aviasiya yanacağı idxal edib.
 
Ümumilikdə, iyul ayında xarici ölkələrdən Ukrayna bazarına idxal edilən aviasiya yanacağının həcmi 2020-ci ilin analoji ayı ilə müqayisədə 6,2 % azalaraq 12,4 min ton təşkil edib.
 
Belə ki, ötən ay Litvadan Ukraynaya 6 min ton aviasiya yanacağı tədarük edilib ki, bu da 2020-ci ilin iyul ayının göstəricisi ilə müqayisədə 14 % çoxdur.
 
Hesabat ayına əsasən, Belarusdan Ukraynaya 2,8 min ton aviasiya yanacağı tədarük edilib ki, bunun da bütün həcmlərinin tədarükünü SOCAR həyata keçirib.
 
Bundan başqa, ötən ay Yunanıstan Ukraynaya 2,8 min ton aviasiya yanacağı tədarük edib.
 
Bu ilin yanvar-iyul aylarında isə Ukraynaya 52,2 min ton aviasiya yanacağı tədarük edilib. Bu, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 14,7 % azdır.
 
Bu ilin 7 ayı ərzində Litvadan Ukraynaya aviasiya yanacağının tədarükü 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 38 % artaraq 14,7 min ton təşkil edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibank Şirvanda yeni filialını açıb
İqtisadiyyat 16:27
Unibank Şirvanda yeni filialını açıb
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
İqtisadiyyat 15:25
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Siyasət 13:50
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünyada neft qiymətləri yüksəlib
İqtisadiyyat 09:24
Dünyada neft qiymətləri yüksəlib
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:13
Avro və rubl ucuzlaşıb - məzənnə
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
İqtisadiyyat 16:33
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Azərbaycanda pul kütləsi və bank aktivləri artıb
İqtisadiyyat 12:53
Azərbaycanda pul kütləsi və bank aktivləri artıb
Ölkədə problemli kreditlərin həcmi yarım milyon manatı ötüb
İqtisadiyyat 11:33
Ölkədə problemli kreditlərin həcmi yarım milyon manatı ötüb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol