• $
  • £

“Sabah hər şeyi sıfırdan başlayacağıq”

“Sabah hər şeyi sıfırdan başlayacağıq”
11.08.2021 20:56
"Neftçi”nin baş məşqçisi Samir Abasov Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində Finlandiyanın HJK komandasına qarşı cavab oyunundan öncə fikirlərini bölüşüb.

"Qafqazinfo” xəbər verir ki, o, bu gün Helsinkidə baş tutan mətbuat konfransında bunları söyləyib:

"Düşünürəm ki, iki fərqli üslubda oynayan komandalar sabah yenə üz-üzə gələcək. Biz topla oynamağı və oyun qurmağı sevirik. Rəqib bizə ilk oyundan problemlər yaradıb. Sabah süni örtüklü meydanda oynayacağıq. Komanda olaraq buraya niyə və hansı məqsədlər uğrunda gəldiyimizi bilirik. Yaxşı nəticə ilə qayıtmaq istəyirik. Artıq səfər qolu aradan götürülüb. Bəlkə də Bakıdakı 2:2 hesablı nəticə bizə sərf etmir. Sabah hər şeyi sıfırdan başlayacağıq. Yaxşı nəticə qazanmaq üçün döyüşməliyik. Yaxşı motivasiya və əhval-ruhiyyə ilə oyuna hazırlaşmışıq.

Bizim üzərimizdə təzyiq yoxdur. Oyunun çətinliyini başa düşürük. İnanıram ki, sabah hər şey yaxşı olacaq. Heç bir qayğımız yoxdur. Bu görüşdə çox şeyə aydınlıq gələcək. Bu gün ümumiyyətlə qayğıdan danışmaq istəmirəm. Sabah bütün Azərbaycanı təmsil edəcəyik. Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik. Hər nə olursa olsun məğlubiyyət pis təsir edəcək. Onların bizim üçün etdikləri, bizim etdiklərimizin yanında heçə bərabərdir.

Samir Abasov "Bursaspor”a transferi gündəmdə olan Namik Ələskərovla müdafiəçi Huqo Bastonun Helsinkiyə aparılmamasına da münasibət bildirib:

"Namik Ələskərov Türkiyəyə getmişdi. Onun getməyinin səbəbi üzünə maska düzəltməsi ilə bağlı idi. Hazırda fiziki məşqçi Edunun nəzarəti altında məşq edir. Zədə səbəbindən buraya gəlməyib. Onun transferi ilə bağlı klubumuz ətraflı məlumat verəcək.

Bastoya gəlincə, o, koronavirusa yoluxub. Onun testinin nəticəsi 8 gün əvvəl müsbət çıxdı. Həmin vaxtdan sonra təcrid edilib”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"FIFA Series – 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
İdman 09:33
"FIFA Series – 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol