“Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır”
ABŞ-ın "The National Interest” jurnalında Baltimor Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin icraçı direktoru İvan Saşa Şixanın Ermənistan rəhbərliyi və 2020-ci ilin payızında darmadağın olan erməni silahlı birləşmələri tərəfindən davam etdirilən təxribat xarakterli hərəkətlər barədə "Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır” sərlövhəli məqaləsi dərc olunub.
Qeyd olunub ki, dövlət sərhədində atəş səsləri davam edir.
Müəllif qeyd edir ki, ötən ilin iyulunda Ermənistanın təxribatçı əməlləri dövlət sərhədində silahlı toqquşmalara gətirib çıxardı. Nəticədə qısa müddət sonra genişmiqyaslı müharibə başladı.
Məhz buna görə mövcud gərginliyi azaltmaq üçün yalnız sülhə mənasız çağırışlar etmək kifayət deyil, bu, dünya liderləri tərəfindən təcili diqqət tələb edir.
Ekspert yazır ki, regional gərginliyin azaldılmasının yeganə yolu Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsidir.
Müəllif vurğulayır ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Qarabağın azad edilməsi ilə barışmalı olacaq. Bu, baş nazir Nikol Paşinyanın hərəkətlərindən asılıdır. Paşinyan sələflərindən daha az millətçi olsa da, liberal deyil.
Paşinyan müharibənin yenidən başlanmasının Ermənistan üçün dağıdıcı olacağının fərqindədir. Çünki Azərbaycan ötənilki müharibədə öz hərbi gücünü qətiyyətlə nümayiş etdirdi.
Beynəlxalq səviyyədə tanınmış sərhəd boyunca davam edən təxribatların böyük gərginliyə səbəb olduğunu bildirən müəllif diqqətə çatdırır ki, bu, Paşinyana Qarabağ məsələsini gündəmdə saxlamağa, erməni xalqını öz ətrafında toplayaraq ölkə ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmağa kömək edir.
Paşinyan bilir ki, qış yaxınlaşdıqca Ermənistanda COVID-19-un yayılmasının və münaqişənin səbəb olduğu iqtisadi problemlər daha çox nəzərə çarpacaq. Buna görə də N.Paşinyan diqqəti yayındırmağa çalışır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox