• $
  • £

“Kim təminat verir ki, İran maşınlarında silah daşınmır?” - deputat Elnur Allahverdiyev

“Kim təminat verir ki, İran maşınlarında silah daşınmır?” - deputat Elnur Allahverdiyev
12.08.2021 12:39
Ötən gün Azərbaycan XİN-i İranın Bakıdakı səfirinə etiraz notası təqdim edib.
 
Səbəb Azərbaycanın dünya birliyi, o cümlədən İran tərəfindən də tanınan ərazisi – Qarabağa bu ölkənin avtomobillərinin qanunsuz gediş-gəlişidir. 

Milli Məclisin deputatı Elnur Allahverdiyevin fikrincə, xarici siyasət idarəsinin belə bir nota ilə çıxış etməsi vəziyyətin həqiqətən də ciddi olduğunun göstəricisidir.
 
"Ötən il Vətən müharibəsi günlərində İran ərazisindən Ermənistana silahla dolu avtomobillərin keçməsini sübut edən videokadrlar yayılmışdı. Yəni bu, danılmaz fakt idi. Hətta İranda yaşayan həmyerlilərimiz buna etiraz edərək aksiyalar da keçirmişdilər. O vaxt biz ikitərəfli münasibətlərimizə xələl gətirməmək məqsədilə yumşaq tərzdə narazılığımızı bildirdik və Ermənistana gedən bu silah karvanı dayandı. Belə görünür ki, İran tərəfində dostluq münasibətlərimizə xor baxan qüvvələr var. Yoxsa Azərbaycan ərazisinə qanunsuz şəkildə İran yük avtomobillərinin gedib-gəlməsini başqa cür izah etmək mümkün deyil” – deyə XİN-in notasını şərh edən millət vəkili bildirib.

Elnur Allahverdiyevin sözlərinə görə, Prezident İlham Əliyev 44 günlük müharibənin bitməsindən sonra etdiyi çıxışlarda və bəyanatlarında bir neçə dəfə diplomatik tərzdə bu kimi məqamlara toxunub. Dövlət başçısı dəfələrlə bildirib ki, əlimizdə olan həm müasir texniki vasitələrlə, həm də Laçından keçən yola nəzarət hesabına Qarabağa, Xankəndiyə doğru üçüncü ölkələrin avtomobillərinin getdiyini bilirik: "Bu maşınlara hətta müvəqqəti olaraq məxsus olduqları ölkənin verdiyi dövlət nömrə nişanlarının üstündən Ermənistanın nömrələri bərkidilir. Yəni guya ki, biz aldanıb bu avtomobillərin Ermənistana məxsusluğunu düşünəcəyik. Təbii ki, biz avam deyilik və belə hərəkətlər bizə primitiv təsir bağışlayır”.

Millət vəkili deyib ki, ötən il Vətən müharibəsi zamanı bu məsələ parlamentdə də qaldırılıb. "O vaxt biz bildirdik ki, bu kimi hərəkətlər tarixə əsaslanan ikitərəfli dostluq münasibətləri və islam həmrəyliyi prinsiplərinə uyğun gəlmir. İran bir tərəfdən Qarabağı islam torpağı hesab edir, digər tərəfdən də bu ölkənin maşınları müsəlman azərbaycanlıları qətl edənlərə yük daşıyır. Burada heç bir məntiq yoxdur, nə dini, nə tarixi, nə də reallıq nöqteyi-nəzərdən” – deyə deputat təəccüblənir. Onun fikrincə, həmin yük maşınlarının Xankəndidəki separatçılara nə daşıdıqları da şübhə mövzusudur. "Kim təminat verir ki, İran maşınlarında 44 günlük müharibə zamanı olduğu kimi silah daşınmır? Keçən il İran ərazisindən Ermənistana silah daşındığının şahidi olmuşuq. Hazırda şəxsən məndə bu yük maşınlarında İrandan Qarabağdakı separatçılara hansı məhsulların aparılmasına dərin şübhə var. Yəni keçən il İranın din qardaşları ilə müharibə edən ermənilərə silah karvanı gedirdi, indi qida məhsulları? Nəzərə alsaq ki, Rusiya sülhməramlıları Ermənistandan Qarabağa gedən Laçın yolunda simvolik müşahidə ilə məşğuldurlar, məncə, belə şübhələrin yaranmasına ciddi əsaslar var” – deyə Elnur Allahverdiyev bildirib. (qafqaz.info)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol