• $
  • £

Sabahdan Azərbaycan Premyer Liqası başlayır

Sabahdan Azərbaycan Premyer Liqası başlayır
14.08.2021 18:00
Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start veriləcək.

Anews.az-ın məlumatına görə, cari çempionatda da 8 komanda - "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Keşlə", "Qəbələ" və "Səbail" mübarizə aparacaq.

Sayca yubiley - 30-cu mövsümün ilk turu 2 oyunla başlayacaq. Günün ilk matçı Masazırda keçiriləcək "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşacaq. Start fiti saat 18:30-da veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək. Bu, komandaların ölkə çempionatında 11-ci dueli olacaq. Əvvəlki qarşılaşmalardə hərəyə 4 qələbə qazanan tərəflər 3 görüşdə sülhə razılaşıblar. Topların nisbəti də bərabərdir - 12-12. "Səbail” son 2 oyunda qol buraxmayıb. "Sabah” isə evdəki son 5 matçda uduzmayıb.

Günün son oyununda Azərbaycan Kubokunun son finalçıları - "Keşlə" və "Sumqayıt" üz-üzə gələcək. "ASK Arena"dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Klublar arasında əvvəlki 51 görüşün 16-da meydan sahibləri, 9-da qonaqlar qalib gəliblər. 10 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbəti də paytaxt təmsilçisinin xeyrinədir - 51:35. "Keşlə” son 3 matçda qalib gəlməyib. "Sumqayıt” isə ardıcıl 7 səfər oyununda qol vurub.

Premyer Liqa
2021/22 mövsümü
I dövrə, I tur


14 avqust
18:30. "Sabah” – "Səbail”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bank Respublika Arena”.


20:30. "Keşlə” – "Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"ASK Arena”.

Tura avqustun 15-də oynanılacaq "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"FIFA Series – 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
İdman 09:33
"FIFA Series – 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol