“Prezidentin “CNN Türk”ə müsahibəsində toxunduğu məsələlər ciddi siqnaldır”
"Prezident İlham Əliyevin iyulun 14-də nüfuzlu "CNN Türk” televiziya kanalına verdiyi müsahibədə səsləndirdiyi fikir və mülahizələr siyasi qətiyyətin ortaya qoyduğu sarsılmaz mövqedir. Müsahibədə bir tərəfdən Azərbaycanın müstəqil siyasətinin dəyişməz olduğu diqqətə çatdırılır, digər tərəfdən isə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyətin yaratdığı imkanlar təhlil edilir.
Bütövlükdə Prezident İlham Əliyev bu müsahibə ilə dünyaya bir daha bəyan etdi ki, Azərbaycan mehriban qonşuluq və səmimi dostluq strategiyasına sadiq olmaqla bərabər, sərhədlərini və təhlükəsizliyini qorumaq qüdrətinə malikdir”.
Açıqlamasında Azərbaycan yanğınsöndürənlərinin Türkiyədə tüğyan etmiş meşə yanğınlarının qarşısının alınmasında göstərdikləri fədakarlığa da geniş yer ayıran, göstərilən dəstəyi və yardımı əsl qardaşlıq nümunəsi kimi səciyyələndirən diplomat deyib:
"Azərbaycanlı qardaşlarımızın "yaşıl vətən”imizin qorunmasında göstərdiyi fədakarlıq Türkiyədə böyük qürur və sevinc hissi ilə qarşılandı. Bütün dünyanın meşə yanğınları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan bu sahəyə aid texnika və canlı qüvvəsinin əsas hissəsini qardaş köməyinə göndərdi.
Ermənistanın 2020-ci ilin yayında törətdiyi Tovuz təxribatlarını xatırladan Hulusi Kılıç deyib: "Reallığı, gerçək vəziyyəti dərk etmək və nəticə çıxarmaq ağıl tələb edir.
Təəssüf ki, saxta ideologiya erməni toplumunun, eləcə də Ermənistan rəhbərliyinin beynini zəhərləyib. Onlar tarixin heç bir dövründə gerçəklərdən nəticə çıxarmayıblar. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtləri beynəlxalq öhdəlikdir.
Çünki bu Bəyanat bütün dünyanın gözü qarşısında götürülmüş öhdəliklər əsasında imzalanmış sənəddir. Ona görə də Ermənistan vaxtı itirmədən Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində qəti addımlar atmalı, öhdəliklərini yerinə yetirməlidir. Əks halda, hər gün bir ərazidə atəşkəsi pozmağın bütün məsuliyyəti Ermənistanın üstünə düşür”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox