• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bu milli qəhrəmanımızın büstü hazırlanıb-FOTO

Bu milli qəhrəmanımızın büstü hazırlanıb-FOTO
19.08.2021 11:32
Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Murad Mirzəyevin büstü hazırlanıb.

Anews.az xəbər verir ki, büstü gənc heykəltəraş Leyla Məmmədova ərsəyə gətirib.

 Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Rumıniya, İordaniya kimi ölkələrdə təlimlər keçib.

M.Mirzəyev 2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. M.Mirzəyev aprelin 11-də İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol