Prezident İlham Əliyev Koreya şirkətlərini azad edilmiş torpaqlarda keçiriləcək layihələrə dəvət edib
"Xoş gəlmisiniz Azərbaycana. Əminəm ki, sizin səfəriniz çox uğurlu olacaq. Şadam ki, siz böyük heyətlə Azərbaycana gəlmisiniz və əminəm ki, Bakıda keçirəcəyiniz görüşlər Koreya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edəcək".
Anews.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Eyni zamanda Koreya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə iştirak edirlər, müxtəlif layihələri həyata keçirirlər. Əlbəttə, əminəm ki, gələcəkdə iqtisadi-ticari əlaqələrimizin həcmi daha da artacaq. Biz Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik. Mən artıq dəfələrlə demişdim ki, bu layihələrdə Azərbaycan üçün dost olan ölkələrin şirkətləri iştirak edəcəklər. Görüləcək işlərin həcmi çox böyükdür. Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox