• $
  • £

Mahir Emreli: "Avropa Liqasında qol vurmaq mənim üçün çox vacib idi"

Mahir Emreli:
20.08.2021 18:30
"Komandalardan biri daha çox topla oynamaq istəyirdi, digəri isə əsasən müdafiəyə yönəlmişdi. Rəqibin hücumlarından sonra öz fürsətimizi gözlədik".

Bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Çexiyada "Slaviya" ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

24 yaşlı hücumçu iki dəfə rəqib qapısına yol tapdıqları üçün xoşbəxt olduqlarını bildirib: "Matç son dərəcə maraqlı alındı. Varşavada qələbə qazanmaq üçün hər şeyi etməliyik".

Emreli Avropa Liqasında ilk dəfə fərqləndiyini sözlərinə əlavə edib: "Daha əvvəl bu turnirdə qol vurmamışam. Avropa Liqasında qol vurmaq mənim üçün çox vacib idi. Bugünkü qarşılaşma da eyni dərəcədə vacibdir. Qarşıda cavab görüşümüz var. Hamımız oyuna 100 faiz köklənməliyik. Hər kəs Avropa Liqasının qrup mərhələsinə yüksəlmək üçün uzun müddət gözləyib. Səhv etmirəmsə, "Legiya" 4 ildir ki, qruplarda yer almır. Ona görə arzumuz üçün mübarizə aparmalıyıq, amma bizim üçün çətin olacaq. Növbəti qarşılaşmaya yaxşı hazırlaşmaq, bugünkü oyunu təhlil etmək və nəyi səhv etdiyimizi görmək istəyirik. Hamımız bir-birimizi motivasiya etməliyik".

Forvard Polşadakı matçın asan olmayacağını sözlərinə əlavə edib: "Bu gün oyunun necə keçdiyini gördük. Cavab görüşü də çətin olacaq. İnanıram ki, Avropa Liqasının qrup mərhələsinə yüksələ biləcəyik".

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 26-da olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol