• $
  • £

Ermənilər deyir Gorus-Qafan yolu açılıb - Rəsmi Bakı hələ də susur

Ermənilər deyir Gorus-Qafan yolu açılıb - Rəsmi Bakı hələ də susur
30.08.2021 12:33
Azərbaycan ərazisindən keçən Gorus-Kafan avtomobil yolunun blokadasının açılmasına dair razılıq əldə edilib. Bunu Qafan meri Gevorg Parsyan videomüsahibəsində deyib. Rəsmi Bakı isə bu məlumatı təsdiqləməyib. 
 
Ermənistan mətbuatının yazdığına görə, rəsmi Bakı avqustun 27-də yol boyunca Rusiya-Azərbaycan müştərək keçid məntəqələrinin yaradılması şərti ilə yolu açmağa razılıq verib. 

 QAFSAM sədri müavini, siyasi elmlər fəlsəfə doktoru Nazim Cəfərsoyun sözlərinə görə, Rəsmi Bakı öz maraqlarına uyğun hər hansı nəticə əldə etməsə idi yolu açmazdı.  

"Azərbaycan tərəfi nələrisə alıb ki, o yolu  açıb. Azərbaycan tərəfi rəsmi açıqlama vermir. Erməni tərəfinin açıqlamalarında isə ziddiyətli məqamlar var. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan kəndləri üzərindən verdiyi bəyanatı Gorus-Qafan yolunun açılması prosesində Azərbaycan tərəfinin tələblərinin qəbulu ehtimalını gündəmə gətirir".
 
Nazim Cəfərsoyun fikrincə,  Gorus-Qafan yolunu bağlamaqla rəsmi Bakı İrana da xəbərdarlıq etdi.  "Doğrusu iki gun yolu baglayib, sadəcə beton qoymaq şərti ilə açmaq çox inandırıcı deyil. Yolu bağlamanın İrana da ciddi bir xəbərdarlıq olduğunu  düşünürəm. Əvvəllər Azərbaycan tərəfi tez-tez İrana şifahi mesaj verdiyini görürdük. İranın Qarabağla bağlı, Zəngəzur və Ermənistanla bağlı mövqeyindən narazı olduğunu bildirirdi", deyə şərhçi vurğuladı.
 
O ki qaldı Rusiya-Ermənistan müştərək keçid məntəqələrinin yaradılması ilə Rusiyanın Ermənistanda təmsilçiliyinin artması barədə iddialara Nazim Cəfərsoy dedi ki, erməni tərəfi təzyiq altında qaldıqca Rusiyaya daha çox sığınır. Bu da Rusiyanın proseslərdə daha sıx iştirak etməsinə şərait yaradır.

Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan tərəfin Gorus-Qafan yolunun açılması barədə məlumatını hələlik təsdiqləməyib.  
 
Azərbaycan hərbçiləri avqustun 25 -də ümumi uzunluğu 21 km olmaqla Gorus-Qafan yolunu iki yerdə yolu bağladılar. Buna səbəb iki erməni əsgərinin Azərbaycan sərhədçisinə hücumu olub. 
 
Samirə Əli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol