Sülhməramlılar Laçın dəhlizində təlimə başladı - Əsas məqsəd PUA-larla mübarizədir
Rusiya sülhməramlıları Laçın dəhlizində təlim keçiriblər, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya sülhməramlı kontingentinin sözçüsü Vladislas Vorobyov bildirib ki, hərbi təlimdə əsas vəzifələrdən biri qapalı rabitə kanalları vasitəsi ilə Rusiya sülhməramlı kontingentinin komandanlıq məntəqəsinə məlumat ötürülməsi ilə müşahidə məntəqəsinin məsul olduğu ərazidə pilotsuz uçuş aparatını (PUA) aşkar etmək tapşırıqlarının yerinə yetirilməsi olub.
"Təlim simulyasiya edilmiş düşmənin pilotsuz təyyarələrindən istifadə edərək mümkün pozuntuların qarşısını almaq, müşahidə məntəqələrində təhlükəsizliyi təmin etmək məqsədi daşıyıb. Məşğələlər 6 təlim məntəqəsində keçirilib. Təlim zamanı hərbi qulluqçular yeni taktiki fəndlər və yerləşmə ərazisindən çıxış zamanı yeni fəaliyyətlər icra ediblər. Şərti pozucunun blokadaya alınması və təyin olunmuş hüdudlara ərazinin relyefindən istifadə etməklə gizlicə manevr edərək çıxış məşq edilib. Hazırda sülhməramlılar 27 müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər" - deyə V. Vorobyov əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox