• $
  • £

Azərbaycanda COVID pasportları belə yoxlanılacaq - VİDEO

Azərbaycanda COVID pasportları belə yoxlanılacaq - VİDEO
30.08.2021 15:08
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən "CheckApp” mobil tətbiqi istifadəyə verilib.


Dövlət Agentliyindən Anews.az-a bildirilib ki, tətbiq Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.


"CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə aidiyyati səlahiyyətli şəxs yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVİD-19 pasportunu yoxlaya biləcək. Tətbiq üzərindən vətəndaşın COVİD-19 pasportu aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanıla bilər:


1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;


2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;


3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;


4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.


Vətəndaşlar isə COVID-19 pasportlarına "myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də "e-TƏBİB” mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.


Qeyd edək ki, yoxlama zamanı COVİD-19 pasportunu elektron şəkildə təqdim edən vətəndaşlar pasportun yeni olmasına və ən son versiyanı təqdim etdiklərinə əmin olmalıdırlar. COVİD-19 pasportunu elektron şəkildə təqdim etməyə çətinlik çəkən vətəndaşlar şəxsiyyət vəsiqəsi məlumatlarını (FİN, vəsiqənin seriya nömrəsi, ad, soyad, ata adı, doğum ili) təqdim edə bilərlər.


COVID-19 pasportuna baxmaq və ya əldə etmək üçün "myGov” mobil tətbiqini aşağıdakı linklərdən yükləmək mümkündür:


● "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my


● "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540


COVID-19 pasportlarının yoxlanılması üçün "CheckApp” mobil tətbiqini icaze.e-gov.az portalından yükləmək və daha ətraflı təlimat videosunda tanış olmaq mümkündür:

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət 14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Siyasət 14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Siyasət 12:10
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Siyasət 11:28
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol