“Antiterror əməliyyatı keçirsək, əsgərimiz əsir düşməz” - deputatla müsahibə
"Hamını narahat edən məqam budur ki, Azərbaycan ərazisində Azərbaycan əsgəri tutulub. Bu gün hələ də Azərbaycan ərazisində rus sülhməramlılarının nəzarət etdiyi torpaqlarda 1991-ci ildə ermənilər tərəfindən yaradılmış qeyri-qanuni seperatçı qurum hələ də fəaliyyətini davam etdirir. Yəni bu, sirr deyil, faktdır”.
Bu sözləri Modern.az-a açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocavənd-Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov deyib.
Azərbaycan hərbçisinin Rusiya sülhməramlılarının nəzarətində olduğu Ağdərədə erməni separatçıları tərəfindən əsir götürülməsinə və həbs olunmasına münasibət bildirən deputat yaranmış vəziyyətin başadüşülən olmadığını söyləyib:
"Orada qondarma rejimə aid olan müxtəlif qurumlar fəaliyyət göstərir. Bunun nəticəsidir ki, Azərbaycan ərazisində əsgərimiz əsir götürülür, ona cinayət işi qaldırılır və həbs olunur. Təbii ki, bunun qarşısını almaq üçün yeganə bir yol var. Bu yol ondan ibarətdir ki, Azərbaycan öz ərazisində olan qeyri-qanuni olan separatçı qüvvələri və silahlıları məhv etmək üçün antiterror əməliyyatlarına başlamalıdır. O zaman ermənilər ərazimizdə bizdən nə əsir götürəcəklər, nə də qeyri-qanuni hərəkət olacaq. Separatçı qurum bizim ərazimizdə mövcuddur və fəal fəaliyyət göstərir.
Rus sülhməramlılarının himayəsi altında onlarla birgə fəaliyyətdədirlər. Nə qədər ki, onlar birlikdədir, belə hadisələr baş verəcək. Dediyim kimi, bunların qarşısını almaq üçün bizim yeganə çıxış yolumuz var. Ərazimizi düşməndən təmizləməliyik. Ondan sonra belə hadisələr baş verməyəcək. Nə qədər ki, separatçılar bizim torpaqlardadır, bu cür olayları gözləməliyik”.
Deputat vurğulayıb ki, rus sülhməramlıları öz öhdəliklərini yerinə yetirə bilmir:
"Mən onları sülhməramlı hesab etmirəm. Onlar bizim ərazimizə gələn gündən sülhməramlı missiyanın ziddinə aid fəaliyyətlə məşğuldurlar. Erməniləri ordan-burdan yığıb gətirib, bizim ərazimizdə məskunlaşdırmaq, onları himayə etmək, humanitar yardım göstərmək, silahlandırmaq və s. kimi qeyri-qanuni işlərlə məşğuldular. Ona görə də mən onları sülhməramlı adlandırmıram”.
Ötən həftə Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox