Generalın oğlu vəkilə hücum etdi - Prezidentə müraciət olundu
Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov Prezident İlham Əliyev və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək bu gün məhkəmədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərovun oğlunun ona hücum etdiyini bildirib.
E.Sadıqov qeyd edib ki, general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edir:
"Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün fəaliyyət göstərdiyimə görə məhkəmə iclasından çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı. Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut var.
Xahiş edirəm ki, bu faktı xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox