Rüstəm Muradov əsir götürülən MAXE Cəmil Babayevlə görüşüb - FOTO
Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov həbsdə olan Azərbaycan hərbçisi Cəmil Babayevi ziyarət edib. Anews.az-ın məlumatına görə, bu barədə sülhməramlı kontingentinin mətbuat xidməti məlumat yayıb.
www.anews.az
Səfər zamanı Rüstəm Muradov Cəmil Babayevin saxlanma şəraiti və sağlamlıq vəziyyəti ilə tanış olub. Rüstəm Muradovun təşəbbüsü ilə ona qohumları və ailə üzvləri ilə əlaqə saxlamaq imkanı veriləcək.
Avqustun 25-i Cəmil Babayev sülhməramlıların nəzarətində olan Ağdərə rayonuna keçib. Hüquq mühafizəçiləri onu saxlayıblar.
Bundan sonra Azərbaycan tərəfi Cəmil Babayevin Gəncədəki (Ağdərədən təqribən 140 km aralıda - red.) psixiatrik xəstəxanadan qaçaraq sülhməramlıların xidmət etdiyi əraziyə keçdiyini bildirib.
Bundan sonra Azərbaycan tərəfi Cəmil Babayevin Gəncədəki (Ağdərədən təqribən 140 km aralıda - red.) psixiatrik xəstəxanadan qaçaraq sülhməramlıların xidmət etdiyi əraziyə keçdiyini bildirib.
Hərbi qulluqçu Cəmil Babayev avqustun 28-i sülhməramlıların nəzarətində olan Ağdərə rayonuna qanunsuz keçməkdə, casusluqda, azyaşlıları ölümlə hədələməkdə, evinin toxunulmazlığını pozmaqda və qanunsuz həbsdə ittiham olunur. Hazırda Xankəndində saxlanılır, istintaq davam edir.
Hazırladı: Fehruz Rzayev
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox