Azərbaycanlı deputatdan rusiyalı generala ETİRAZ
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradov Ağdərədə erməni separatçılarına əsir düşən azərbaycanlı hərbçi Cəmil Babayevlə görüşüb.
Rüstəm Muradov Qarabağda məskunlaşan qanunsuz silahlı birləşmələrin əsir saxladığı Azərbaycan əsgəni azad etmək əvəzinə, onunla şəkil çəkdirərək Rusiya mətbuatında yayıb.
Məsələyə münasibət bildirən Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai generalın bu addımına etiraz edib.
"Qarabağda sülhməramlıların nəzarətində olan əraziyə keçən azərbaycanlı əsgər Cəmil Babayevin saxlanılmasından 9 gün keçir. Cəmil müalicə aldığı Gəncə şəhərində yerləşən hospitalı özbaşına tərk edib. Saxlanılan zaman o silahsız olub. Sülhməramlıların vəzifəsi onun tezliklə Azərbaycan rəsmilərinə təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir. Cəmilin məsuliyyətə cəlb olunub-olunmaması isə Azərbaycan hüquq sisteminin işidir”.
Cəmil Babayev avqustun 25-də Ağdərə istiqamətində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə ermənilər tərəfindən əsir götürülüb. (modern.az)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox