• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Azərbaycan millisi qalib gəlir - Yenilənir

Azərbaycan millisi qalib gəlir - Yenilənir
04.09.2021 22:08
Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub.

Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşün ilk 10 dəqiqəsi meydan sahiblərinin kəskin hücumları şəraitində keçib. 23-cü dəqiqədə Namik Ələskərovun qüvvətli zərbəsini qapıçı Qavin Bazunu çətinliklə dəf edib. 45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola hesabı açıb.

İkinci hissədə İrlandiya seçməsi təzyiqi daha da artırıb. 60-cı dəqiqədə Şahruddin Məhəmmədəliyev Troy Parrotun uzaq məsafədən zərbəsini geri qaytarıb. 81-ci dəqiqədə Rüstəm Əhmədzadə qapıçı ilə təkbətək çıxsa da, fərqlənə bilməyib. Britaniya təmsilçisinin ardıcıl bir neçə cəhdi qeyri-dəqiq alınıb. Buna baxmayaraq 87-ci dəqiqədə Şeyn Daffi tarazlığı bərpa edib.

Beləliklə, Azərbaycan millisi DÇ-2020-nin seçmə mərhələsində ilk xalını qazanıb.
 
Komanda hazırda 1 xalla 4-5-ci yerləri bölüşdürür. A qrupunun digər matçında Serbiya Lüksemburqu 4:1 hesabı ilə üstələyib.

Azərbaycan yığması növbəti oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliyaya qarşı keçirəcək.

*****
İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda ikinci qol vurulub.

Meydan sahibləri 87-ci dəqiqədə hesabı bərabərləşdirib.

İrlandiya seçməsinin heyətində Şeyn Daffi tarazlığı bərpa edib - 1:1

*****
İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda ikinci hissə başlayıb.

Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisi 1:0 hesabı ilə öndədir.

45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola imza atıb.

*****
İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda hesab açılıb.

Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisi önə keçib - 1:0.

45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola imza atıb. Komandalar fasiləyə bu hesabla yollanıb.
 
******
 
İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.

Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
İdman 00:15
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol