• $
  • £

Füzuli hava limanına ilk sınaq reysi həyata keçirildi - ÖZƏL FOTOLAR

Füzuli hava limanına ilk sınaq reysi həyata keçirildi - ÖZƏL FOTOLAR
05.09.2021 10:40
İşğaldan azad edilmiş Füzulidə  yeni  tikilən beynəlxalq hava aeroportuna Bakıdan ilk sınaq reysi həyata keçirilib. İki təyyarə uğurla Bakıdan Füzuli aeroportunun uçuş zolağına enib. Onlardan biri Boeing-747 yük təyyarəsi, ikinci isə Airbus-340 sərnişin təyyarəsidir, bu barədə Anews.az-ın Füzuliyə ezamiyyə olunmuş müxbiri məlumat verir.   


Yeni aeroport bir saata 250-300 sərnişin qəbul etmək imkanına malik olacaq. Hava limanının eniş zolağının uzunluğu 3 min metr,  eni 60 metr olacaq. Hava limanının perronunun sahəsi isə 60 min kvadrat metr təşkil edəcək. Təyyarə dayanacağı 8 hava gəmisi üçün nəzərdə tutulub. 


Eniş zolağının tikintisi Azvirt MMC tərəfindən inşa olunub. Hava limanının tikntisində toplam 350 nəfər iştirak edib. 


Hava limanı uçuş kütləsi 400 ton olan təyyarələri qəbul edə biləcək. Airbus-380 və Boeing-487  təyyarələdən başqa  bütün sərnişin təyyarələrı bu hava limanına enə biləcək. Hava limanı həmçinin müasir və beynəlxalq standartlara cavab verən naviqasiya sistemi ilə təchiz edilib. 


"SSRİ vaxtı Füzulidə kiçik və yerli uçuşları həyata keçirən hava limanı olub. Amma işğal dövründə tamam dağıdılıb.  Burada keç nə qalmamışdır. Nə aeroport binası, nə də eniş zolağı yox idi. Hamısı dağılmışdı", - deyə AZAL-ın hava limanlarının ekspluatasiyası bölümünün rəis müavini Valeh Miraslanov vurğulayıb. 


Onun sözlərinə görə, hava limanının  tikintisi üçün Füzulidə  hava limanından 8 kilometr aralıda bir beton və iki asfalt beton zavodu tikilib. Asfalt beton zavodlarından birinin gücü saatda 300 ton, digərinin isə 150-160 tondur.
 
Hava limanının tikintisinə 2021-ci ilin fevralında başlanılıb və bu ilin sonuna kimi tam həcmdə işə salınacaq. 
 
Valeh Miraslanovun sözlərinə görə, bu Şuşaya hazırda ən yaxın hava limanı olacaq. "Yeni yol tikintisi bitəndən sonra Füzulidən bu yolla Şuşaya 1 saata getmək mümkün olacaq. Füzulidən Şuşaya bu yolla məsafə 80 kilometr təşkil edəcək", - deyə AZAL rəmisi bildirib. 


Onun sözlərinə görə, aeroportun binasının tikintisi zamanı Avropa və ABŞ istehsalı olan materiallardan istifadə edilib.  İATA ( International Air Transport Association) tərəfindən hava limanı bəyənilib. 
 
Hava limanının tikintisi üçün 250 hektar ərazi  minalardan təmizlənib. Onun 140 hektarı aeroportun özü, qalanı isə yardımçı tikililər üçün istifadə edilib. 










Samirə Əli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol