• $
  • £

Qarabağ hava məkanından yeni hava dəhlizi açıla bilər

Qarabağ hava məkanından yeni hava dəhlizi açıla bilər
05.09.2021 12:26
Hazırda Qarabağ üzərindən yeni hava dəhlizinin açılması ilə bağlı danışıqlar gedir. Bu dəhlizdən  regionun bütün ölkələri - Azərbaycan, İran, Gürcüstan, Ermənistan , Türkiyə və Rusiya istifadə edə biləcək, bunu Anews.az müxbirinin sualına cavabda AZAL-ın vitse prezidenti Eldar Hacıyev bildirib. 
 
" İşğaldan azad olmuş ərazilərdəki hava məkanı 30 il idi ki, bağlıydı. İndi isə Azərbaycan dövləti Qarabağ üzərindən uçuşla bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Ondan hər kəs sərnişin və yük daşımaları üçün istifadə edə bilər. Hazırda belə danışıqlar davam edir",  - deyə Hacıyev söyləyib. 
 
Sentyabrın 5-də yeni tikilən Füzuli hava limanına Bakıdan ilk sınaq reysi həyata keçirilib. İki təyyarə uğurla Bakıdan Füzuli aeroportunun uçuş zolağına enib. Onlardan biri Boeing-747 yük təyyarəsi, ikinci isə Airbus-340 sərnişin təyyarəsidir. 
 
Bundan başqa Azərbaycan Qarabağda daha iki hava limanı inşa etməyi planlaşdırır. Onlar  Zəngilanda və Laçında  2022-ci ildə istismara veriləcək. Saatda 300 sərnişin qəbuletmə gücünə malik olan Füzuli hava limanı isə bu ilin sonuna kimi tam həcmdə işləyəcəkdir. 
 
 
Samirə Əli
 
 
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol