Rusiya sülhməramlıları ermənilərə üzüm yığımında kömək edir
Rusiya sülhməramlıları, Xocalı rayonunun Pirlər kəndində Dağlıq Qarabağın erməni əhalisinin üzüm yığımı zamanı təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görürlər, bu barədə Rusiya sülhməramlı kontingentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya sülhməramlılarının minatəmizləmə bölüyü ərazini partlayıcı maddələrdən təmizləyərək, üzüm bağlarının təhlükəsiz saxlanmasını təmin ediblər.
"Sakinlər üzüm yığımı zamanı təhlükəsizliyin təmin edilməsi üçün kömək istədilər. Məhsul yığımı zamanı təhlükəsizliyin təmin edilməsi iki həftə davam edəcək", - bunu Rusiya sülhməramlılarının sözçüsü Aleksey İvanov bildirib.
"Məhsul yığımına bu gün başladıq, təhlükəsizliyimiz sülhməramlılar tərəfindən qorunur. Müəssisəmizin direktoru məhsulun bir hissəsini Xankəndidə yerləşən uşaq evinə göndərmək qərarına gəlib. Sülhməramlıların köməyi ilə bu gün məhsul yığmağa başlaya bildik", - bunu şərab müəssisənin nümayəndəsi Apik Artesyan deyib.
Tərcümə: Fehruz Rza
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox